Icma.az, GlobalInfo saytına istinadən bildirir. Gürcüstan qan çanağına dönüb.
Ötən ay bu ölkədə keçirilən parlament seçkiləri siyasi qütblər arasında münasibətləri daha da gərginləşdirib.
“Gürcü Arzusu” partiyasının qələbəsindən sonra Gürcüstan prezidenti Salome Zurabişvilinin rəhbərliyi altında başlanan aksiyalar qısa fasilələrlə də olsa davam edir.
Gürcüstan iqtidarının Avropa və Avroatlantik strukturlara qoşulması üzrə danışıqları dayandırması barədə qərarına etiraz edən insanlar noyabrın 28-dən başlayaraq küçələrə çıxıblar.
Etirazları ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən gürcü diplomatlar da dəstəkləyib.
Belə ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) müxtəlif dövlətlərdəki səfirliklərinin 78 əməkdaşı birgə bəyanat imzalayıb.
Etirazların başında prezident Salome Zurabişvili dayanır. O, xalqı meydanlara səsləyir, özü də tribunadan alovlu çıxışlar edir.
Amma bu, Gürcü müxalifətini gücləndirmir, xalqı bu qüvvənin çağırışlarına həvəsləndirmir.