Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qafqazı qana çalxalayan dişi canavar Zurabişvili istəyinə nail olacaqmı?

Qafqazı qana çalxalayan dişi canavar Zurabişvili istəyinə nail olacaqmı?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Gürcüstan qan çanağına dönüb. Ötən ay bu ölkədə keçirilən parlament seçkiləri siyasi qütblər arasında münasibətləri daha da gərginləşdirib. 

“Gürcü Arzusu” partiyasının qələbəsindən sonra Gürcüstan prezidenti Salome Zurabişvilinin rəhbərliyi altında başlanan aksiyalar qısa fasilələrlə də olsa davam edir.

Gürcüstan iqtidarının Avropa və Avroatlantik strukturlara qoşulması üzrə danışıqları dayandırması barədə qərarına etiraz edən insanlar noyabrın 28-dən başlayaraq küçələrə çıxıblar. Etirazları ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən gürcü diplomatlar da dəstəkləyib. Belə ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) müxtəlif dövlətlərdəki səfirliklərinin 78 əməkdaşı birgə bəyanat imzalayıb.

Etirazların başında prezident Salome Zurabişvili dayanır. O, xalqı meydanlara səsləyir, özü də tribunadan alovlu çıxışlar edir. Amma bu, Gürcü müxalifətini gücləndirmir, xalqı bu qüvvənin çağırışlarına həvəsləndirmir. Gürcülər Gürcüstanın hazırkı prezidentinə böyük dəstək vermir.

Bu, nəyin göstəricisidir? Hökuməti xalqa etirazlara çıxmağa imkan vermir? Yoxsa xalq özü bunu istəmir? Bir başqa amil Qərbin Cənubi Qafqazda gözdən düşməsi ilə bağlıdır?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Gürcüstanda çox “unikal” vəziyyət yaranıb:

Elxan Şahinoğlu

“Hökumət insanları sabitliyə çağırır, prezident isə xaosa sürükləyir. Bu da cəmiyyəti iki hissəyə parçalayır. Bir hissə müxalifəti dəstəkləyir, Avropa yolunun tutulmasını əsas gətirir, digər hissə isə hökuməti dəstəkləyir. Müxalifətin dəstəkçisi çox olsaydı, parlamentdə qələbə çalardı. Lakin əksi baş verdi. Görünür, ictimaiyyət əslində xaos istəmir.

Zurabişvilinin siyasi ömrünə az qalıb. Dekabrın 14-nə prezident seçkisi təyin olunub. Hökumətin namizədi də məlumdur. Lakin hər bir halda Gürcüstanda etirazlar bir müddət də davam edəcək”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov isə məsələyə belə münasibət bildirib:

“Gürcüstanda baş verən proseslər dünyanın gündəmindədir. 26 oktyabrda parlament seçkilərinin keçirilməsi, Xarici agentlər haqqında, LGBT-nin qadağan edilməsi barədə qanunların qəbul edilməsi, Qərb diplomatlarının etiraz aksiyalarında iştirak etməsi göstərdi ki, Qərb Gürcüstan mövzusunda israrlıdır. Proses tərəfləri qarşıdurmaya gətirib çıxardacaq. Əvvəl baş verən aksiyalar cəmiyyətdə çox  dəstəklənməmişdi. İndi də Qərb yönümlü siyasətinin tərəfdarları çox olmadığı üçün “Gürcü Arzusu” Partiyası istəyinə nail olur.

Xəyal Bəşirov

Zurabişvili insanları dəfələrlə etiraza çağırıb. Amma xalq onun keçmişini yaxşı bilir. Zurabişvili fransız vətəndaşı idi. Gürcüstan vətəndaşlığını aldıqdan sonra uzun müddət, təxminən 30 il ərzində Fransanın xarici siyasətində fəaliyyət göstərib. Fransa XİN-in əməkdaşı olub. Bütün bu amillər cəmiyyətdə ona inamı itirib. Çağırışları da buna görə dəstəklənmir”.

Politoloqun sözlərinə görə, Qərbin yürütdüyü siyasətin 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi reallaşdırmasını, sonda Gürcüstana dəstək verməməsini xalq yaxşı xatırlayır:

“Gürcü xalqı anlayır ki, Ukrayna, Moldovada baş verən proseslərdən sonra Qərbin səsləndirdiyi “gözəl” fikirlərə etimad etmək olmaz.

2003-2004-cü illərdə Mixail Saakaşvilinin dönəmində başlayan Qərb yönümlü siyasət 20 il davam etdi. Bu müddət ərzində Gürcüstan Qərbdən heç bir ciddi nəticə əldə edə bilmədi. Aİ-na üzvlüyə namizəd statusunu da bu müddətdən sonra ala bildi. İki qanunun qəbul edilməsinə cəhd göstərməklə Gürcüstanın keçdiyi bütün yolun üzərindən xətt çəkildi.

Gürcüstan  Qərbin Asiyaya sonuncu qapısıdır. Rusiya-Ukrayna müharibəsi, Belarus, İsveç, Finlandiya və cənubdan Gürcüstana qədər gedən bütün ərazilər Rusiya ilə Qərb arasında açılmaz qapıları reallaşdırıb”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri