Icma.az bildirir, Moderator.az portalına istinadən. Kiş kəndi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Azərbaycan Respublikasının qəd
Kənd Şəki şəhərindən təxminən beş kilometrlik məsafədədir. Bu kənd dəniz səviyyəsindən 1200 metr hündürlükdə, Kiş çayının iki qolu arasında
Kəndin 15 məhəlləsi var. Kişdə ən qədim evlər XV-XVI əsrlərə aiddir. “Kiş” Tarix-Memarlıq Qoruğu məhz bu kəndin ərazisini əhatə edir.
Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir və 215 hektar əraziyə malikdir.
Bu qoruğun əsas fəaliyyət istiqamətləri ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini, toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır.
Məbəd içərisində məbəd Qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədi yerləşir.
İki min il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır.
Birinci əsrdə İsa peyğəmbərin təlimi və ya Apostol Yeliseyin bütpərəstlik kahinlərinin razılığı ilə yaradılan bu məbədi hətta “məbəd içərisində məbəd” də adlandırmaq olar.