Icma.az
close
up
RU
Qafqazın ən qədim APOSTOL MƏBƏDİ: İsa peyğəmbərin təlimi, sitayiş edilən MÜQƏDDƏS YER FOTOLAR

Qafqazın ən qədim APOSTOL MƏBƏDİ: İsa peyğəmbərin təlimi, sitayiş edilən MÜQƏDDƏS YER FOTOLAR

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Kiş kəndi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Azərbaycan Respublikasının qədim şəhərlərindən biri olan Şəkinin şimal-qərbində yerləşir. Kənd Şəki şəhərindən təxminən beş kilometrlik məsafədədir. Bu kənd dəniz səviyyəsindən 1200 metr hündürlükdə, Kiş çayının iki qolu arasında yerləşir və üç tərəfdən dağlarla əhatələnib. Kəndin 15 məhəlləsi var. Kişdə ən qədim evlər XV-XVI əsrlərə aiddir.

“Kiş” Tarix-Memarlıq Qoruğu məhz bu kəndin ərazisini əhatə edir. Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir və 215 hektar əraziyə malikdir. Bu qoruğun əsas fəaliyyət istiqamətləri ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini, toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır. 

                                                                                          Məbəd içərisində məbəd

Qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədi yerləşir. İki min il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır. Birinci əsrdə İsa peyğəmbərin təlimi və ya Apostol Yeliseyin bütpərəstlik kahinlərinin razılığı ilə yaradılan bu məbədi hətta “məbəd içərisində məbəd” də adlandırmaq olar. 

Bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub. 

Kiş Alban məbədinin tədqiqi Qafqaz Albaniyasının tarixi xüsusiyyətlərini dəqiq müəyyənləşdirməyə imkan verib. Məbədin öyrənilməsi və bərpasına həsr olunmuş birgə Azərbaycan-Norveç “Kiş” layihəsi 2000-ci ildə məşhur Norveç alimi Tur Heyerdalın dəstəyi ilə başlayıb və 2003-cü ildə tamamlanıb.

                                                                            Kəşfiyyat xarakterli arxeoloji qazıntılar

Hələ 1981-ci ilin dekabr ayında aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut edib. Çox qəribədir ki, Misir ehramları da bu cür bünövrə üzərində qurulub.

Kiş məbədində əsas arxeoloji qazıntılar 2000-ci ilin yayında aparılıb. Qazıntı zamanı məbədin aşağı hissəsinin arxeoloji qatlarından əldə edilən məlumatlar abidəni nəzəri və praktiki şəkildə bərpa etməyə imkan verib. Aydın olub ki, məbədin binası ehtimal olunduğundan da əvvəl tikilib. Bu qazıntılar b.e.ə 3500-cü illərdə Qafqazda yaranmış Kür-Araz mədəniyyəti kimi tanınan erkən Tunc dövrü mədəniyyətinin mövcudluğunu da təsdiqləyib.

Məlumdur ki, bu mədəniyyət Anatoliyanın şimal və cənubuna doğru, Suriyaya, İsrailə, Fələstinə, hətta Misirə qədər yayılıb. Məbəd təsadüfən bu yerdə tikilməyib. Hələ xristianlığın yaranmasından 3000 il əvvəl - indiki dövrdən 5000 il əvvəl bu məkanın sitayiş edilən müqəddəs yer olduğu güman edilir. 

Arxeoloji tədqiqatlar Kiş məbədinin tunc və antik dövrlərdən, həmçinin orta əsrlərdən gəlib keçdiyini sübut edib. 

                                                                                 Qafqaz Albaniyasının mənəvi həyatının mərkəzi

Kiş məbədi yüzilliklər ərzində Qafqaz Albaniyasının mənəvi həyatının mərkəzi olub. Qazıntı zamanı aşkar olunmuş qəbir abidələri aid olduqları dövrün maddi və mənəvi mədəniyyəti barədə geniş təsəvvür yaradır. Nəticələr Qafqaz Albaniyasının dəfn adətlərinin növlərinin - daş qutu qəbirlərin və sərdabələrin daxili strukturu, tarixi və xronoloji cəhətdən onların təsnifatının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub. 

Tapıntılar müxtəlif sənətkarlıq sahələrinin, xüsusilə də şüşə istehsalının yüksək inkişaf səviyyəsini sübut edir. Şüşə qablara aid qalıqların təhlili göstərir ki, onlar əsasən Şərq ölkələrində, o cümlədən Suriyanın b.e. V əsrinə aid şüşə istehsalı mərkəzlərində hazırlana bilərdi. Şüşədən hazırlanmış bəzək əşyaları sırasına VII əsrə aid qadın qolbaqları da tapılıb. 

Arxeoloji qazıntılar zamanı həm də nümuzmatik materiallar aşkar edilib. Bu sikkələrin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onları yalnız pul vahidi kimi hesab etmək olmazdı. Sikkələrin üzərində heyvan, quş təsvirləri, astral işarələr, çar atributları əks olunub. Bu rəsmlər pulun hansı hökmdara məxsusluğunun müəyyənləşdirilməsi üçün zəruri amildir.

                                                                        Binanın tarixi simasını mümkün qədər saxlamaq

Elmi arxeoloji tədqiqatlardan sonra məbədin bərpasına başlanılıb. Bərpa zamanı binanın tarixən yaranmış simasını mümkün qədər saxlamaq, bir çox yenidənqurmalar nəticəsində qazanılmış elementlərə diqqətlə yanaşmaq və abidəni təhrif edən, XIX əsrdə onun memarlığına gətirilmiş yad əlavələrdən azad etmək əsas məqsəd olub.

Bərpa işləri 2003-cü ildə tamamlanıb. İndi isə bu məbəd Şimali Azərbaycanın ərazisində e.ə. IV - b.e VII əsrlərində mövcud olmuş dövlətin - Qafqaz Albaniyasının tarixi qoruq muzeyinə çevrilib. 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 26 fevral 2003-cü il 50 saylı əmrinə əsasən “Kiş Tarixi-Memarlıq Qoruq Muzeyi” yaradılıb. 14 aprel 2009-cu ildə isə bu muzey “Qoruq” statusunu alıb.  

Qoruq “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

                                                                             İki min illik tarixin yerüstü və yeraltı dəlilləri

Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir qismi məbədin öz sahəsindən aşkar olunub, yerdə qalan hissəsi isə alban tarixini, mədəniyyətini əks etdirən və Azərbaycanın digər bölgələrindən tapılan nümunələrdir. Məbəd əsası qoyulduğu gündən bizim dövrümüzə qədər - 2000 illik tarixin yerüstü və yeraltı dəlillərini saxlayaraq dünyaya tanıtdırır. Kiş layihəsi tarixi və mədəni irsin öyrənilməsinin, qorunmasının gözəl nümunəsidir.  

Kiş kəndində ölkə əhəmiyyətli “Gələrsən-Görərsən” qalası, Kiş kənd qədim məscidi, arxeoloji abidə olan “Doxun Nekropolu”, yerli əhəmiyyətli “Qaynar” və “Sığnaq” yaşayış yerləri də var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri