Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qafqaz Şeyxülislamları” rubrikası Qafqaz müsəlmanlarının dini tarixində mühüm rol oynamış Şeyxülislamların həyatına, fəaliyyəti və dövrlərinin maraqlı məqamlarına işıq salmağı məqsəd qoyur.
Bu yazılarda dini və ictimai proseslər tarixi kontekst daxilində təqdim ediləcək, şəxsiyyətlərin rolu sənədlər və faktlar əsasında araşdırılacaq.
Rubrika fərqli baxışlara hörmət prinsipi ilə hazırlanır və əsas hədəfi oxucunu məlumatlandırmaq, tarixi irsi daha yaxından tanıtmaqdır.
XIX əsrin əvvəllərində Cənubi Qafqazın siyasi və dini həyatı köklü dəyişikliklər dövrünü yaşayırdı.
Məhz bu mürəkkəb tarixi mərhələdə Axund Məhəmmədəli Hüseynzadə həm dini nüfuzu, həm də ictimai çəkisi ilə seçilərək Qafqaz müsəlmanlarının ilk şeyxülislamı kimi tarixə düşdü.
Onun fəaliyyəti təkcə dini idarəçiliklə məhdudlaşmır, eyni zamanda maarifçilik təşəbbüsləri və müsəlman icmasının hüquqlarının qorunması istiqamətində mühüm izlər buraxır.
Lent.az “Qafqaz Şeyxülislamları” rubrikasında Qafqaz müsəlmanlarının ilk şeyxülislamı Axund Məhəmmədəli Hüseynzadə haqqında bioqrafiyanı təqdim edir.