Qahirədə azərbaycanlı tələbələrlə görüş keçirilib

17.11.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirov Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də iki ölkə arasında tarixi, mədəni, elmi əlaqələr barədə məlumat verib.
Seymur Nəsirov Misirdə Vətənimiz Azərbaycanı təbliğ etmək yolları haqqında tövsiyələrini verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd olunub ki, tələbələrin istəyi ilə onlar üçün diaspor mərkəzində ərəb dili kursları təşkil olunub. Həmçinin bildirilib ki, tələbələrin yerləşməsinə, sənədlərinin qaydaya salınmasına və təhsillərinə lazım olan köməklik göstərilir.
Azərbaycanlı tələbələr təhsillərini Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təqdim etdiyi təqaüd proqramı çərçivəsində davam etdirirlər.
Qeyd edək ki, hazırda Cəmiyyətin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью