Qahirədə azərbaycanlı tələbələrlə görüş keçirilib
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirov Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də iki ölkə arasında tarixi, mədəni, elmi əlaqələr barədə məlumat verib.
Seymur Nəsirov Misirdə Vətənimiz Azərbaycanı təbliğ etmək yolları haqqında tövsiyələrini verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd olunub ki, tələbələrin istəyi ilə onlar üçün diaspor mərkəzində ərəb dili kursları təşkil olunub. Həmçinin bildirilib ki, tələbələrin yerləşməsinə, sənədlərinin qaydaya salınmasına və təhsillərinə lazım olan köməklik göstərilir.
Azərbaycanlı tələbələr təhsillərini Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təqdim etdiyi təqaüd proqramı çərçivəsində davam etdirirlər.
Qeyd edək ki, hazırda Cəmiyyətin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qahirədə Dostluq Cəmiyyətində azərbaycanlı tələbələrlə görüş keçirilib
25 Oktyabr 2025 22:14
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
17 Noyabr 2026 12:37
Qahirədə WUF13 lə bağlı seminar keçirilib
29 Yanvar 2026 18:21
Qahirədə maraqlı tapıntı
20 Aprel 2025 18:16
Parabadmintonçumuz Qahirədə fərqlənib
27 Yanvar 2025 15:37
Baxış sayı:101
Bu xəbər 17 Noyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















