Qalatasaray 50 milyon avroluq müdafiəçi ilə güclənir

24.07.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Qalatasaray" hazırda "Yuventus"da çıxış edən braziliyalı mərkəz müdafiəçisi Qleyson Bremeri heyətinə qatmaq üçün səylərini gücləndirib.

Fanat.Az "Corriere dello Sport" qəzetinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" 29 yaşlı müdafiəçiyə illik 8 milyon avro məbləğində maaş təklif ediblər.

Bildirilir ki, Bremer Premyer Liqa və "Bavariya"dan gözlədiyi konkret təklifləri ala bilmədikdən sonra "cimbom"un təklifini nəzərdən keçirir.

Braziliyalı futbolçunun müqaviləsində avqustun 10-dək qüvvədə olan 58 milyon avroluq sərbəst qalma bəndi mövcuddur.

"Qalatasaray"ın bu məbləği ödəyib-ödəməyəcəyi hələlik bəlli olmasa da, təxminən 50 milyon avroluq təklifin "Yuventus" rəhbərliyini oyunçunun satışını nəzərdən keçirməyə sövq edə biləcəyi qeyd olunur.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью