Qalatasaray 50 milyon avroluq müdafiəçi ilə güclənir
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Qalatasaray" hazırda "Yuventus"da çıxış edən braziliyalı mərkəz müdafiəçisi Qleyson Bremeri heyətinə qatmaq üçün səylərini gücləndirib.
Fanat.Az "Corriere dello Sport" qəzetinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" 29 yaşlı müdafiəçiyə illik 8 milyon avro məbləğində maaş təklif ediblər.
Bildirilir ki, Bremer Premyer Liqa və "Bavariya"dan gözlədiyi konkret təklifləri ala bilmədikdən sonra "cimbom"un təklifini nəzərdən keçirir.
Braziliyalı futbolçunun müqaviləsində avqustun 10-dək qüvvədə olan 58 milyon avroluq sərbəst qalma bəndi mövcuddur.
"Qalatasaray"ın bu məbləği ödəyib-ödəməyəcəyi hələlik bəlli olmasa da, təxminən 50 milyon avroluq təklifin "Yuventus" rəhbərliyini oyunçunun satışını nəzərdən keçirməyə sövq edə biləcəyi qeyd olunur.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 İyul 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















