“Qalatasaray” “Napoli” ilə razılığa gələ bilmir

14.07.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Napoli" "Qalatasaray"ın hücumçu Viktor Osimhen üçün 70 milyon avrodan çox olan son təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "Sky in İtaly" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə klubu transferi 5 hissədə ödəməyi təklif edib. Lakin "Napoli"nin istəyi hələ də iki ödənişdə 75 milyon avrodur.

İtaliya klubunun idman direktoru Covanni Manna cümə günü Milanda "Qalatasaray"ın nümayəndələri ilə görüşüb məsələni müzakirə etsə də, tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Qalatasaray"ın formasını geyinən Osimhen 41 oyunda 37 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью