“Qalatasaray” “Napoli” ilə razılığa gələ bilmir
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Napoli" "Qalatasaray"ın hücumçu Viktor Osimhen üçün 70 milyon avrodan çox olan son təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "Sky in İtaly" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Türkiyə klubu transferi 5 hissədə ödəməyi təklif edib. Lakin "Napoli"nin istəyi hələ də iki ödənişdə 75 milyon avrodur.
İtaliya klubunun idman direktoru Covanni Manna cümə günü Milanda "Qalatasaray"ın nümayəndələri ilə görüşüb məsələni müzakirə etsə də, tərəflər arasında razılıq əldə olunmayıb.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Qalatasaray"ın formasını geyinən Osimhen 41 oyunda 37 qol vurub.

Qalatasaray Napoli ilə anlaşdı
24 İyun 2025 10:46
Viktor Osimhenlə bağlı Qalatasaray və Napoli razılığa gəldilər
12 May 2025 11:38
Qalatasaray ilə Napoli Osimhenlə bağlı razılığa gəldi SON DURUM
09 İyul 2025 12:16
Xviça təzminat məsələsində Napoli ilə razılığa gələ bilmir
26 Dekabr 2024 17:41
Napoli Qalatasaray klubuna endirim edib
14 Noyabr 2024 17:00

