Qalatasaray transferdə Premyer Liqa nəhəglərinə rəqib oldu

17.11.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Arsenal” və “Çelsi” ən perspektivli gənc müdafiəçilərdən birinin transferi uğrunda mübarizə aparmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, London nəhəngləri “Sportinq”də çıxış edən Usman Diomandeni diqqətlə izlədiyini qeyd edib. Bu barədə "Record" nəşri məlumat yayıb.

Transfer yarışına Türkiyənin “Qalatasaray” klubunun da qoşula biləcəyi bildirilir.

Diomande fiziki gücü, texniki bacarığı və oyunu oxuma qabiliyyəti sayəsində artıq uzun müddətdir Avropanın top klublarının diqqət mərkəzindədir. "Transfermarkt"ın məlumatına görə, onun transfer dəyəri 45 milyon avrodur.

Fil Dişi Sahili millisinin üzvü cari mövsümdə “Sportinq”in heyətində 8 oyun keçirib. 21 yaşlı mərkəz müdafiəçisi ümumilikdə isə Lissabon təmsilçisinin forması ilə 109 matçda meydana çıxıb, 6 qola və 2 məhsuldar ötürməyə imza atıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью