Qalatasaray transferdə Premyer Liqa nəhəglərinə rəqib oldu
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Arsenal” və “Çelsi” ən perspektivli gənc müdafiəçilərdən birinin transferi uğrunda mübarizə aparmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, London nəhəngləri “Sportinq”də çıxış edən Usman Diomandeni diqqətlə izlədiyini qeyd edib. Bu barədə "Record" nəşri məlumat yayıb.
Transfer yarışına Türkiyənin “Qalatasaray” klubunun da qoşula biləcəyi bildirilir.
Diomande fiziki gücü, texniki bacarığı və oyunu oxuma qabiliyyəti sayəsində artıq uzun müddətdir Avropanın top klublarının diqqət mərkəzindədir. "Transfermarkt"ın məlumatına görə, onun transfer dəyəri 45 milyon avrodur.
Fil Dişi Sahili millisinin üzvü cari mövsümdə “Sportinq”in heyətində 8 oyun keçirib. 21 yaşlı mərkəz müdafiəçisi ümumilikdə isə Lissabon təmsilçisinin forması ilə 109 matçda meydana çıxıb, 6 qola və 2 məhsuldar ötürməyə imza atıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















