Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Maraqlı oyun oldu.
60-65 dəqiqə “Qalatasaray”a qarşı çox yaxşı mübarizə apardıq. Sonra isə komandalar arasındakı səviyyə fərqi özünü göstərdi”.
Bu sözləri İdmanxeber.az saytına Türkiyənin I Liqa klubu “Boluspor”da çıxış edən Vüsal İsgəndərli ölkə kubokunda “Qalatasaray”a qarşı oyun (1:4) barədə danışarkən deyib.
Millimizin sabiq üzvü görüşdə fərqlənməsindən də danışıb: “Çox sevindirici haldı.
Açığı, bu günə qədər hansı azərbaycanlı futbolçunun “Qalatasaray”a qol vurmadığını bilmirdim. Bunu sosial şəbəkələrdən öyrəndim.
Açığı, “Qalatasaray”a vurduğum qolun karyerama necə təsir edəcəyini zaman göstərəcək. İnşallah, qolların davamı gəlsin.
Əsas çempionat görüşlərində də fərqlənmək istəyirəm”. İsgəndərli “Qalatasaray” matçının ardından hansısa futbolçudan forma alıb-almaması bar
Nəsə belə şeylərdən xoşum gəlmir. Ancaq ən yaxın dostum Abdulkerim Bardakçının azarkeşidi, onun formasını istəmişdi.