Icma.az
close
up
RU
“Qalatasaray”a vurduğum qolun karyerama necə təsir edəcəyini zaman göstərəcək”

“Qalatasaray”a vurduğum qolun karyerama necə təsir edəcəyini zaman göstərəcək”

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Maraqlı oyun oldu. 60-65 dəqiqə “Qalatasaray”a qarşı çox yaxşı mübarizə apardıq. Sonra isə komandalar arasındakı səviyyə fərqi özünü göstərdi”.

Bu sözləri İdmanxeber.az saytına Türkiyənin I Liqa klubu “Boluspor”da çıxış edən Vüsal İsgəndərli ölkə kubokunda “Qalatasaray”a qarşı oyun (1:4) barədə danışarkən deyib. Millimizin sabiq üzvü görüşdə fərqlənməsindən də danışıb:

“Çox sevindirici haldı. Açığı, bu günə qədər hansı azərbaycanlı futbolçunun “Qalatasaray”a qol vurmadığını bilmirdim. Bunu sosial şəbəkələrdən öyrəndim. Açığı, “Qalatasaray”a vurduğum qolun karyerama necə təsir edəcəyini zaman göstərəcək.  İnşallah, qolların davamı gəlsin. Əsas çempionat görüşlərində də fərqlənmək istəyirəm”.

İsgəndərli “Qalatasaray” matçının ardından hansısa futbolçudan forma alıb-almaması barədəki suala belə cavab verib:

“Nə klubda, nə də millidə oynayarkən heç bir oynçudan forma istəyən deyiləm. Nəsə belə şeylərdən xoşum gəlmir. Ancaq ən yaxın dostum Abdulkerim Bardakçının azarkeşidi, onun formasını istəmişdi. Mən də dostumun xətrinə Abdulkerimin formasını aldım”.

29 yaşlı futbolçu ölkəmizdən təkliflərinin olduğunu da sözlərinə əlavə edib:

“Qışda Azərbaycana qayıda bilərdim. Ölkəmizdən təkliflər var idi. Ancaq gəlmək istəmədim. “Boluspor”da qalmağa üstünlük verdim. Burada yaxşı çıxış edib, özümü sübut etmək istəyirəm”.

Həsən Quluzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 11 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see368

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see221

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see191

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see138

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see137

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see134

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see134

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see132

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see131

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see131

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see128

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see128

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see128

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see125

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see124

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see120

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see119

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see116

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see115

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri