“Qalatasaray”ın ulduzuna rəsmi xəbərdarlıq

25.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen gəlir vergisini vaxtında ödəmədiyi üçün rəsmi bildiriş alıb.

Futbolpress.az xəbər verir ki, nigeriyalı futbolçunun vergi ödənişini İstanbul klubu həyata keçirməli idi. Xəbərdarlığı alan təcrübəli forvard dərhal “sarı-qırmızılılar”ın rəhbərliyini məsələdən agah edib.

Türkiyə təmsilçisi tələb olunan məbləği ödəyərək borcu tam bağlayıb. Gecikmənin texniki və inzibati problemlə bağlı olduğu, oyunçu ilə klub arasında hər hansı narazılığın yaşanmadığı bildirilir.

Məlumata görə, “Qalatasaray” bəzi futbolçuların razılaşdırılmış xalis əməkhaqqı məbləğini qorumaq məqsədilə onların gəlir vergisini özü ödəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью