“Qalatasaray”ın ulduzuna rəsmi xəbərdarlıq
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen gəlir vergisini vaxtında ödəmədiyi üçün rəsmi bildiriş alıb.
Futbolpress.az xəbər verir ki, nigeriyalı futbolçunun vergi ödənişini İstanbul klubu həyata keçirməli idi. Xəbərdarlığı alan təcrübəli forvard dərhal “sarı-qırmızılılar”ın rəhbərliyini məsələdən agah edib.
Türkiyə təmsilçisi tələb olunan məbləği ödəyərək borcu tam bağlayıb. Gecikmənin texniki və inzibati problemlə bağlı olduğu, oyunçu ilə klub arasında hər hansı narazılığın yaşanmadığı bildirilir.
Məlumata görə, “Qalatasaray” bəzi futbolçuların razılaşdırılmış xalis əməkhaqqı məbləğini qorumaq məqsədilə onların gəlir vergisini özü ödəyir.
Bu mövzuda digər xəbərlər:Neapoldan Qalatasaray ın ulduzuna tarixi jest
23 Mart 2025 10:54
Qalatasaray ın ulduzuna 3 klubdan təklif
24 İyul 2025 23:57
“Barselona” “Qalatasaray”ın ulduzuna göz dikib
09 İyul 2026 18:28
Sergen Yalçından Qalatasaray ın ulduzuna şok sözlər
28 Aprel 2025 17:30
Portuqaliya nəhəngi Qalatasaray ın ulduzuna elçi düşdü
28 İyul 2026 13:29
Baxış sayı:175
Bu xəbər 25 İyul 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















