Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zahid ORUC, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkiliAzərbaycan Prezidentinin Davos İqtisadi Forumunda keçirdiyi görüşlər uzun illərdir ki, regional və beynəlxalq təhlilçilərin diqqət mərkəzindədir.
İlham Əliyevin strateji baxışlara malik lider kimi “qlobal elitaların toplantısı” və “yeni dünya düzəninin laboratoriyası” adlandırılan məkanda təmsil etdiyi dövlətin siyasi miqyasını böyütməsi və əhali sayını aşan çəkisi aydın görünür.
O, ölkəsini üç imperiya varisi-İran, Rusiya və Türkiyə arasında tarixində ilk dəfə, parçalanma və işğal obyekti olmaqdan çıxarıb, 1-ci Pyotrun üç əsrdir davam edən mirasını arxivə atıb, regionda sanskiya-embarqolara məruz qalmayan tək subyektdir və nəhayət, Vətən müharibəsində tarixi Qələbəsi ilə dünya gücləri arasında xüsusi yer qazanıb.
Zəfər yalnız hərbi yox, siyasi və hüquqi presedent yaradıb, ilk dəfə, XXI əsrdə bir dövlət ərazi bütövlüyünü bərpa edib və Zəfərin legitimliyini qəbul etdirib.Vaşinqtonda bir Qafqaz ölkəsi yaxın keçmişdə Bayden administrasiyası və bir sıra Avropa dövlətlərinin müqavimətinə baxmayaraq, Qələbəsini tanıtdırıb: yeni geosiyasi inqilabı qlobal dövlətlər yox, yeni regional güc-Azərbaycan edib.
Məğlub status-kvo artıq mövcud deyil.Ona görə də bir nömrəli gücün lideri-Donald Tramp İlham Əliyevə açıq heyranlığını gizlətmir.
8 avqust Sülh Zirvəsində olduğu kimi, ABŞ və müstəqil Azərbaycanın tarixində indiyədək heç bir rəhbər Ağ Ev sahibi tərəfindən nümayişkaranə, özü də dəfələrlə-o cümlədən, sosial media platformalarında və şəxsi görüşlərində belə təriflənməyib.
Deyilənlər, İlham Əliyevin qlobal miqyasda qəbulunun göstəricisidir.