Icma.az
close
up
RU
QALİB AZƏRBAYCANDA HEYDƏR ƏLİYEV NƏSLİ NİYƏ HƏDƏFƏ ÇEVRİLİR? Zahid Orucdan sensasison yazı

QALİB AZƏRBAYCANDA HEYDƏR ƏLİYEV NƏSLİ NİYƏ HƏDƏFƏ ÇEVRİLİR? Zahid Orucdan sensasison yazı

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zahid ORUC, 

Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili

Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda keçirdiyi görüşlər uzun illərdir ki, regional və beynəlxalq təhlilçilərin diqqət mərkəzindədir. İlham Əliyevin strateji baxışlara malik lider kimi “qlobal elitaların toplantısı” və “yeni dünya düzəninin laboratoriyası” adlandırılan məkanda təmsil etdiyi dövlətin siyasi miqyasını böyütməsi və əhali sayını aşan çəkisi aydın görünür. O, ölkəsini üç imperiya varisi-İran, Rusiya və Türkiyə arasında tarixində ilk dəfə, parçalanma və işğal obyekti olmaqdan çıxarıb, 1-ci Pyotrun üç əsrdir davam edən mirasını arxivə atıb, regionda sanskiya-embarqolara məruz qalmayan tək subyektdir və nəhayət, Vətən müharibəsində tarixi Qələbəsi ilə dünya gücləri arasında xüsusi yer qazanıb. Zəfər yalnız hərbi yox, siyasi və hüquqi presedent yaradıb, ilk dəfə, XXI əsrdə bir dövlət ərazi bütövlüyünü bərpa edib və Zəfərin legitimliyini qəbul etdirib.

Vaşinqtonda bir Qafqaz ölkəsi yaxın keçmişdə Bayden administrasiyası və bir sıra Avropa dövlətlərinin müqavimətinə baxmayaraq, Qələbəsini tanıtdırıb: yeni geosiyasi inqilabı qlobal dövlətlər yox, yeni regional güc-Azərbaycan edib. Məğlub status-kvo artıq mövcud deyil.

Ona görə də bir nömrəli gücün lideri-Donald Tramp İlham Əliyevə açıq heyranlığını gizlətmir. 8 avqust Sülh Zirvəsində olduğu kimi, ABŞ və müstəqil Azərbaycanın tarixində indiyədək heç bir rəhbər Ağ Ev sahibi tərəfindən nümayişkaranə, özü də dəfələrlə-o cümlədən, sosial media platformalarında və şəxsi görüşlərində belə təriflənməyib. Deyilənlər, İlham Əliyevin qlobal miqyasda qəbulunun göstəricisidir. İki gün öncə ABŞ liderindən Sülh Şurasına dəvət alan prezident haqlı olaraq deyir: “Məktub Azərbaycanın regional-qlobal səviyyələrdə sülhün və sabitliyin təşviqindəki rolunun tanınmasının simvoludur”.

Ona görə də Avropanın strateji yüksəklikləri Azərbaycan üçün yalnız iqtisadi tribuna deyil, qlobal təhlükəsizlik böhranının yarandığı, köhnə ittifaqların sarsıldığı bir dövrdə İlham Əliyevin baxışında yeni siyasi arxitekturanın cızıldığı məkandır.

Rusiyanın Ukraynada strateji bataqlığa düşdüyü, qardaş Türkiyənin “one minute”dən sonra Qərblə münasibətlərində sərt mərhələyə keçdiyi, Avropanın enerji və təhlükəsizlik dilemması ilə üzləşdiyi bir vaxtda, Alpın soyuq zirvələrində İlham Əliyev qaynar Qafqazı heç vaxt görmədiyi sülhə hazırlayır.

Planın mərkəzində ərazi bütövlüyü, siyasi suverenliyi və daxili sabitliyi beynəlxalq xaos şəraitində təmin etmək dayanır. Lakin Əliyev təkcə ölkəsini yox, aid olduğu coğrafiyanı və qlobal layları tərpədən siyasəti təmsil edir.

Dövlət başçısının Davosda görüşdüyü korporasiya və qurumların heç biri “örtülü saray oyunları” ilə tanınmır, “Stratfor” tipli kölgə kəşfiyyat mərkəzi deyil, ABŞ-da uzun illər ənənəyə çevrilən “xəfiyyə-biznes-siyasət” şəbəkələri sayılmır. Əksinə, açıq beynəlxalq hüquq və bazar iqtisadiyatı qaydaları ilə işləyən qlobal maliyyə institutları, enerji, logistika və sənaye nəhəngləridir. Faktlar göstərir ki, prezidentin apardığı danışıqların ana xəttini Azərbaycana investisiya cəlb etmək, iqtisadi dayanıqlığı gücləndirmək və ölkəsini qlobal dəyər zəncirinə bağlamaqdır.

Nümayəndə heyətinin tərkibində gənc nəslin təmsilçisi Heydər Əliyevin konkret formatlı görüşlərdə iştirakı dövlət kursunun əsas xəttinə yalnız müsbət təsir edir. Azərbaycan cəmiyyətində, onun aktiv siyasi və iqtisadi kəsimində heç bir narahatlıq müşahidə olunmayıb, əksinə, iştirak normal qəbul edilir. Çünki söhbət idarəçilik məktəbini keçmək, dünya qərarvermə mühitini yaxından izləməkdən gedir.

Hər bir şərəfli azərbaycanlı kimi, gənc Heydər Əliyev də siyasət nəhəngi babasının onda təcəssüm edən ad və soyad eyniliyini qürurla, ləyaqətlə, lakin soyuqqanlı duruşla daşıyır. O, xarici nümayəndə heyətlərinin apardığı danışıqları, anlaşma mexanizmlərini, qərarvermə proseslərini, siyasi və iqtisadi davranış modellərini yaxından görür, mühüm təcrübələr əxz edir.

Hər bir qlobal iştirak taxt-tac ambisiyası deyil, müasir dövlətlərdə kadrların hazırlanması, idarəçilik və siyasi yetkinliyin formalaşması prosesidir.

Davosda diqqət mərkəzində olan əsas məsələ əsla ailə deyil, qalib dövlətin, suveren liderin və yeni geosiyasi reallıq yaradan ölkənin mövqeyidir. İlham Əliyev qalibiyyətlə yaratdığı təhlükəsizlik məkanını qoruyur və Cənubi Qafqazı yeni gələcəyə daşıyır.

Gənc Heydər Əliyevin görüşlərdə iştirakı “gizli plan”, “kölgə ssenarisi” deyil, dövlətin qazandığı platformada, beynəlxalq münasibətlər üzrə artıq püxtələşən nəslin təmsilçisitək iqtisadi əlaqələr və əməkdaşlıq sahəsində məsuliyyətin necə formalaşdığını, paylaşıldığını yaxından izləməyə imkan deməkdir.

İlham Əliyevin apardığı görüşlərin hamısı şəffaf və açıqdır. Davos nə indiki, nə də gələcəyin hakimiyyət məsələsini həll edir. Əlbəttə, yüksək titullu dövlət-hökumət və biznes dünyası təmsilçilərinin iştirakı hər bir ölkəyə misilsiz fürsətlər, əlaqələr və təcrübələr qazandırır. Ona görə də Heydər Əliyevin gənc menecer kimi qlobal platformaya qatılması milli mövqelərimizin qorunmasında təmsilçilik fürsəti kimi dəyərləndirilməlidir.

Demokratik ABŞ nümunəsində Donald Trampın övladları və kürəkəni Cared Kuşner həm daxili, həm də beynəlxalq siyasətdə aktiv mandata malikdirlər. Onların fəaliyyəti Qərb siyasi diskursunda “nepotizm” kimi təqdim olunmur, əksinə “məsləhətçi”, “xüsusi nümayəndə”, “menecer” kimi legitimləşdirilir. Ailə bağları avtomatik siyasi sui-istifadə demək deyil. Əsas meyar hüquqi mandat və funksional faydalılıqdır.

Genetik varislik bütün hallarda siyasi iddia yaratmır. Heydər Əliyevin prezident İlham Əliyevin oğlu olması onun siyasi hakimiyyət təmsilçisinə çevrilməsinə konstitusion yasaq və tabular yaratmadığı kimi, onun özü tərəfindən belə bir məram irəli sürülməyib. Halbuki Əliyev ailəsi ən müxtəlif milli və beynəlxalq çoxşaxəli humanitar-mədəni və sosial missiyaları ilə millətimizə ləyaqətlə xidmət edirlər.

Tarixi soyad və genetik şəcərə xətləri siyasi ambisiyadan çox tale, indiki halda şərəf, lakin həm də məsuliyyətdir. Şərqdə belə ad varisliyi təkcə öz ömrünü yaşatmır, həm də üzərinə əcdadların-babaların yolunun, irsinin öhdəliklərini qoyur.

İnzibati vəzifə-iştirak üçün legitim əsasdır. Gənc Heydər Əliyev İqtisadiyyat Nazirliyində rəsmi vəzifə daşıyır. Göründüyü kimi, malik olduğu status ona Davos kimi beynəlxalq iqtisadi platformalarda iştirak üçün hüquqi və institusional əsas yaradır. Forum təkcə siyasi yox, əsasən iqtisadi, maliyyə və inkişaf yönümlüdür. Ölkəmizin geniş hökumət təmsilçiliyi fonunda gənc iqtisadi diplomatın-yeni nəslin qlobal arenaya çıxışı alqışlanandır, əsla ailəvi istisna kimi qəbul edilməməlidir.

Görüşlərin şəffaflığı “kölgə idarəçiliyi” versiyalarını təkzib edir. Prezident İlham Əliyevin Davos çərçivəsində apardığı təmaslar açıq, ictimaiyyətə təqdim olunan və protokollaşdırılmış xarakter daşıyır. Qeyri-rəsmi, gizli danışıqlar barədə faktlar yoxdur. Şəffaflıq olan yerdə “dərin dövlət idarəçiliyi” tezisi puç olur.

Davos hakimiyyət tranzitini həll etmir. Qlobal platforma-milli maraqlar üçün fürsətdir. “Varislik” narrativi məkrli siyasi məqsədlərin növbəti sığınacağıdır. Peşəkar kadr hazırlığı ilə siyasi varislik anlayışları bir-birindən fərqləndirilməlidir.

“Problem əxlaq yox, dövlətçilik böhranıdır”, deyib məsələ ətrafında fırtına qoparanların məqsədi ölkəmizdə demokratik siyasi ənənələrin formalaşması deyil, çünki işğal illərində İlham Əliyevin apardığı mübarizə dünyadan məhz ləyaqət və ədalət tələbinə söykənirdi.

Ən böyük xalq hakimiyyəti torpaqlarının işğaldan azad edilməsidir. Müstəqllik və azadlıq idealları ilə ərazi itkiləri, qaçqınlıq və köçkünlük bir araya sığmır. Dövlətçiliyin itirilməsi iqtisadi-siyasi institutların işləməməsində özünü göstərir. Davos çərçivəsində keçirilən görüşlər isə dövlətimizi gücləndirir, rəsmi nümayəndə heyətləri ilə aparılır, açıq mənbələrdə paylaşılır, ona görə də “institusional dağılma” iddiası əsassızdır.

Nepotizm-yəni, yaxın ailə üzvünə siyasi qəyyumluq iddiası o halda doğrulur ki, şəxsə qeyri-qanuni üstünlük yaradasan. Gənc Heydər Əliyevin fəaliyyəti hüquqi çərçivədədir, rəsmi vəzifəyə əsaslanır, kollegial dövlət nümayəndəliyi kontekstindədir. Ortada maraqlar toqquşması risqi yoxdur. Çünki şəxsi biznes mənafeyi və qeyri-şəffaf əlaqələr sübut edilməyib. Ehtimalları ittiham faktı kimi təqdim etmək siyasi manipulyasiyadır.

“Cəmiyyət varisliyə öyrəşdirilir”, arqumenti gerçək sübutlardan və dürüst əsaslardan məhrumdur. Gənc Heydər Əliyev Davosda siyasi çıxışlar, seçki ritorikası və siyasi hakimiyyət mənası daşıyan açıqlamalar verməyib. Beləliklə, xalqın “psixoloji hazırlanması” tezisi süni konstruksiyadır, sübut edilməmiş fərziyyədir. Siyasət analizi faktlarla aparılmalıdır. Davosda iqtisadi platformalarda iştirak gələcək siyasi ssenariləri avtomatik müəyyən etmir. Lakin elə olması halında belə yenə də hər bir azərbaycanlının konstitusion hüququdur və millətin ona göstərəcəyi etimaddan asılıdır.

Liderlərin ailə üzvlərinin dövlət idarəçiliyində, beynəlxalq danışıqlarda və ya strateji sahələrdə iştirakı dünya siyasətində istisna yox, geniş yayılan praktikadır. ABŞ-dan kənar nümunələrin bir qismi təsəvvürləri daha da genişləndirər.

Bir neçə inqilab edən və siyasi edamlar keçirən, 5 respublika quruluşunu ərsəyə gətirən Fransada keçmiş prezident Fransua Mitteranın ailə üzvləri, xüsusilə oğlu Gilbert Mitterran, xarici siyasət və diplomatik məsələlərdə müşahidəçi və məsləhətçi kimi iştirak edib, siyasi karyera qurub, lakin Yeliseyin demokratiyası “qəyyumluq-himəyadarlıq böhranı” ilə üzləşməyib.

“Asiya pələngi” Sinqapurun siyasi memarı Li Kuan Yunun övladı Li Kuan Loong atasının sağlığında açıq-gizli diplomatiyalarda, beynəlxalq humanitar və media layihələrində qeyri-rəsmi, lakin hökumətlə koordinasiyalı şəkildə iştirak edirdi. Orada ailə yaxınlığı siyasi sistem üçün risq sayılmayıb və effektiv meritokratik sistem kimi tanınmasına mane olmayıb.

Pakistanla qardaşlığımıza görə ölkəmizlə münasibətləri daha da gərginləşdirən Hindistanda isə Nehru–Qandi siyasi ailəsi Rahul və Priyanka Qandilər rəsmi vəzifələrdən kənar dövrlərdə belə beynəlxalq platformalarda Dehli siyasi elitasının bir hissəsi kimi qəbul olunublar. Orada ailə faktorunun mövcudluğu institusional siyasətin legitimliyini avtomatik ləğv etməyib.

Ənənə ilə müasirliyin sintezi olan, səbrli Yaponiya institusional sabitlik adasına çevrilib. Lakin parlamentin təxminən 30–35%-i siyasi ailələrin nümayəndələridir. Baş nazirlərin övladları və yaxın qohumları əvvəlcə nazirliklərdə, sonra beynəlxalq platformalarda, daha sonra seçkili vəzifələrdə aktiv iştirak edirlər. İctimai rəy və siyasi qüvvələr belə ənənəni “varislik skandalı” ilə qarşılamır, siyasi məktəbləşmə modeli kimi qəbul edir.

İkinci yarısına demokratiya nümunəsitək göstərilən Cənubi Koreyada Park Çunq hee-Park Çunq hye şəcərəsi uzun illər atasının siyasi mirası fonunda beynəlxalq forumlarda, dövlət tədbirlərində, partiya fəaliyyətində iştirak edir. Proses illərlə açıq və mərhələli olub, legitim siyasi karyera kimi qiymətləndirilib.

Nəhayət, uzun illər xalqının həyatında sərt dönüşlərlə və yüz illik ənənələri dəyişdirməklə imperiya böyüklüyünü qaytarmağa çalışan qardaş Türkiyədə Rəcəb Tayyib Ərdoğanın övladı Bilal Ərdoğan beynəlxalq forumlarda, təhsil və humanitar platformalarda Türkiyəni təmsil edən əsas simalardan biridir, rəsmi dövlət vəzifəsi olmadan beynəlxalq mühitdə institusional aktor kimi qəbul olunur.

İndi Bülənt Arıncın mühakimələrini ölkəmizə qarşı növbəti hücuma, iki qardaş arasında soyuqluğa və gündəm dəyişikliyinə yönəldən qüvvələr unudur ki, sabiq spikerin Azərbaycana münasibəti bir vaxtlar həm rəsmi, həm də özəl görüşlərdə açıq ifadə olunub, dövlət başçımızın Cənubi Qafqazda liderliyinə simpatiyasını gizlətməyib. O, indi dövlət diskursundan kənar düşüb. Əgər sabah AK partiya lideri Arınca Bilal Ərdoğana siyasi vəkil olmağı tapşırsa, o birinci irəli çıxacaq və millətinin tarixindən, dünyadan, o cümlədən, Azərbaycanı min illlik Qələbəyə gətirən nümunədən danışacaq. Düz də edəcək.

Göründüyü kimi, ailə üzvlərinin beynəlxalq platformalarda iştirakı qlobal faktdır, istisna deyil. Həlledici amil rəsmi mandat, funksional rol, şəffaflıqdır-soyad yox. Eyni praktika Qərbdə “strateji kadr yetişdirilməsi”, qeyri-Avropa ölkələrində isə “nepotizm” adlandırıldıqda, artıq ikili standartdır. Davos və oxşar platformalar siyasi hakimiyyət ötürücülüyü yox, idarəçilik bacarıqları, əlaqələrə söykənən resurs, strateji təmaslar xətti və dialoq kanalları formalaşdıran mühitdir.

Şəxsi davranış, ünsiyyət mədəniyyəti və erkən formalaşma arqumentinə ayrıca diqqət etməyə dəyər. Heydər Əliyev hələ tələbəlik illərində verdiyi azsaylı media müsahibələrində sadə, təvazökar və dostları ilə bərabər ünsiyyət quran gənc kimi özünü təqdim edib. Həmin çıxışlarda onun ailə və ya ali hakimiyyətlə əlaqəsi heç vaxt süni üstünlük, məsafə və ya imtiyaz vasitəsinə çevrilməyib. Əksinə, fikirlərində mənəvi yaxınlıq, kollektiv ruh və bərabərlik hissi açıq müşahidə olunurdu.

Məhz gənc yaşlarında nümayiş etdirilən xalqa yaxınlıq ictimai-siyasi baxımdan mühüm göstəricidir. Belə xüsusiyyətlər şəxsi formalaşma mədəniyyətinə işarə edir, gələcəkdə ictimai məsuliyyətin təməli sayılır.

Heydər Əliyev genetik statusdan deyil, dünya şöhrətli Babası kimi özünü formalaşdırma, nüfuz qazanma, peşəkar menecer kimi yetişmə yolunu seçib. Verilən qərar yüksək tələblər, ciddi sınaqlar mühiti deməkdir. Onun iştirak etdiyi beynəlxalq platformalar “varislik hazırlığı”ndan çox, peşəkar inkişaf seçimidir.

Heydər Əliyevin ictimai görünüşü və nümayiş etdirdiyi davranış ehtirama layiqdir. Kompromislərin necə formalaşdığını, dövlət maraqlarının hansı dillə müdafiə edildiyini canlı görmək klassik “irsi üstünlük” modelindən fərqlənir.

Əslində ona yönələn hücumlar təkcə şəxsi kimliyi ilə bağlı deyil, hakimiyyətə və mövcud siyasi kursa qarşı aparılan mübarizənin tərkib hissəsidir. Yaxın tariximiz göstərir ki, bir vaxtlar Ulu öndər və prezident İlham Əliyev oxşar qarayaxma kampaniyalarının, linçetmələrin hədəfi olublar. Zaman hücumların düşmən mahiyyətini sübut etdi.

Prezident İlham Əliyev illərlə “ata amili” üzərindən intensiv şəkildə hədəfə alınırdı. O zamanlar dövlət başçısının nailiyyətləri tam şəkildə Ulu öndərin adı ilə bağlanır, onun siyasi subyektliyi inkar edilir, “hazır hakimiyyət” sahibi kimi təqdim olunurdu. Halbuki İlham Əliyev mürəkkəb neft diplomatiyasından qalib çıxan, ağır beynəlxalq siyasi mübarizələrdən keçən və 2003-cü ildə xalqın həlledici anda xaosa qayıtmaq istəmədiyini dünyaya nümayiş etdirən, rəqabətli siyasi mübarizədə legitim qələbə qazanan lider idi.

Onun uğurları necə inkar edilirdisə, indi eyni leksikon, oxşar arqument və məkrli məqsədlərlə gənc Heydər Əliyevə qarşı hücumlar təşkil olunur. Hədəf dəyişib, üsul və məqsəd əvvəlkidir.

Digər yandan, Qarabağ Qələbəsinə qarşı “ikinci cəbhə” açanlar aydın görünür. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə yalnız hərbi deyil, geosiyasi və psixoloji məğlubiyyətlər yaratdğı üçün liderin ailəsi hədəfə alınır, qalib Azərbaycanda Heydər Əliyev nəsli hücuma məruz qalır, hər bir addım demonizə edilir, gələcək “təhlükə” kimi təqdim olunur.

Beləliklə, cəmiyyətin Qələbəsonrası səfərbərliyini sarsıtmaq, lider ətrafında formalaşan etimadı zəiflətmək başlıca mərama çevrilib. Lakin terror mediasının böhtanlarına baxmayaraq, gənc Heydər Əliyevin davranışı ehtirama layiqdir.

O, konspiratorlara qarşı sərtlik ritorikası sərgiləmir, emosional və impulsiv reaksiyalar vermir, media qarşısında müdafiəçi, yaxud vaxtından əvvəl savaşçı mövqeyi tutmur.

Mərd və səbrli davranış böyük siyasətin, çılğınlıq, populizm və impulsivlikdən fərqlənir. Əvəzində O, dayanıqlığa və daxili intizama malikdir. Üstün keyfiyyətlər gözləmə yox, xarakter testindən keçmək bacarığıdır.

Sadə dillə desək, ataya yönələn daşların bir qismi indi oğula tərəf atılır. Biz o qüvvələri yaxşı tanıyırıq. Birbaşa İlham Əliyevi hədəfə almaq legitimliyi müharibə meydanında və siyasi masada təsdiqlənən liderə əvvəlcədən məğlub olmaq deməkdir. Ona görə də ittiham ünvanları tez-tez dəyişir.

Unutmuruq, Qafqaz mərdliyi və müdrikliyi Ulu öndərin bütün həyatında özünü göstərib. İndi onun varisləri də təhqirə-təhqirlə cavab vermir, klassik mənada Şuşa kimi təmkinli, əyilməz davranışla Yolu davam etdirirlər.

Tam aşkar görünür ki, İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin hər bir üzvü dövlət siyasətinin ana xəttinə-Azərbaycana tərəfdaşlar qazandırmaq və sərmayelər gətirməyə çalışan prezidentin milli planlarına xidmət edir. Gəlin, İlham Əliyevin Davosda görüşdüyü şirkətlərin tərcümeyi-hallarına baxaq:

JPMorgan-qlobal investisiya və maliyyə nəhəngidir. Dünyanın ən böyük və diversifikasiya olunan bank-maliyyə institutlarından biridir; onun idarə etdiyi sərvət trilyonlar dolları aşır və qlobal maliyyə bazarında aparıcı rol oynayır. Görüşün məqsədi Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq investisiya imkanları və makroiqtisadi perspektivlərdir.

Oliver Wyman Group-strateji menecment və konsultasiya şirkətidir. Maliyyə, enerji, logistika və s. sahələrində qlobal müşavirlik xidmətləri göstərir. Əməkdaşlığın məqsədi Azərbaycan iqtisadiyyatının transformasiyası, maliyyə bazarlarının inkişafı və ixrac imkanları ilə bağlıdır. Kimsə, alt niyyətlərini nüfuzlu kompaniyanın adına yaza bilməz.

DP World-qlobal logistika və port operatoru kimi ən böyük konteyner liman operatorlarından biridir və çoxsaylı terminalları idarə edir. İndi Zəngəzur-Tramp yolunun üzərində Naxçıvanla quru yolla birləşmə, o cümlədən, Azərbaycanda nəqliyyat şəbəkələrinin- Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə əlahiddə ehtiyac ölkə rəhbərinin uzagörənliyini təsdiqləyir. Məgər dünənədək yüz minlərlə iş yeri və yolların, sərhədlərin açılmasını müxalif qüvvələr istəmirdi?

Vestas Wind Systemsə bərpa olunan enerji şirkəti kimi yüngül sənaye və bərpa olunan enerji (əsasən külək enerjisi) sahəsində lider şirkətlərdən biridir. Ölkəmizin neftin 280 illik hakimiyyətini azaltması “varis kampaniyası” aparanları narahat edir. Neft asılılığını saxlamaq kimlərəsə lazımdır.

BTG Pactual Braziliyanın aparıcı investisiya bankıdır və Latın Amerikası bazarında böyük nüfuza malik şirkətdir, ölkəmizi qlobal maliyyə sistemlərinə qoşmaq məqsədinə xidmət edir. 2025-ci ildə yerli bankları kəskin ittiham edən qruplar hər zaman Barclays və s. bankların Azərbaycana gəlməməsini hökumətə irad tuturdular.

Avropa Yenidənqurma və İnkişaf Bankı isə hamıya yaxşı tanışdır. Nəinki Qərbdə, o cümlədən, qonşularda infrastruktur, su təsərrüfatı və yaşıl enerji layihələrini maliyyələşdirən beynəlxalq maliyyə təşkilatı hazırda su idarəçiliyi və paytaxtın gələcək inkişaf planları qarşısında olan bir ölkəyə təcrübə, ucuz maliyyə və kompetensiya gətirərdi.

Nəticə etibarilə, İlham Əliyev Davosda dövlət başçıları və hökumət rəsmiləri ilə görüşləri, əslində döyüşləri davam etdirir, danışıqlarda regional təhlükəsizliyi və sülh diplomatiyasını irəli aparır.

Cəmi bir neçə il öncə Davosda Qarabağı hər kəsdən istəyən bir ölkənin geosiyasi statusu görün, necə dəyişib!

19-20 yanvar günlərində Yazovun ordularını qarşılayan bir xalqın lideri indi Şəhidlər Xiyabanından keçərək, Avropanın mərkəzində-siyasi neytrallıq paytaxtında gələcək dünya arxitekturasında layiqli yer qazanmaq üçün savaşır. Taleyi hər zaman yad masalarda özünün iştirakı olmadan həll edilən bir millət gələcəyini özü müəyyənləşdirir.

Ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycanın bir parçasına-daimi nümayəndələyinə gəlişi ilə bir anlıq tarixi paralellər aparın, müqayisədə qalib ölkəmizin boyunun necə ucaldığını görəcəksiniz. Təkcə sovetlərin deyil, həm də “XXI əsrin qorbaçovları” məğlub olublar.

20 Yanvarın siyasi dərsi qlobal qeyri-müəyyənlik şəraitində yenidən aktuallaşır-imperiyanın tankları qarşısında olduğu kimi, soyuq Avropa səngərində də Zəfəri qorumaq, onu gələcək nəsillərə ötürmək müqəddəs vəzifəsidir.

20 yanvar Bakısı ilə Davos arasında uzanan yolda azad Şuşanın, bütöv Xankəndinin parlaq obrazı canlanır!

Gənc Heydər Əliyevin qürurlu görünüşü ona Dövlət Babasının və parlaq Zəfərimizin mirasıdır!

Qalib Yüz il artıq başlanıb!


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri