Qalibaf Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat paylaşıb

27.10.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İranın Ali Lideri Müctəba Xameneinin səhhətinin əla olduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın “Telegram” kanalında paylaşım edilib.
Qalibaf Müctəba Xamenei ilə görüşdən sonra onun səhhətinin əla olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 21-də Müctəba Xameneinin ofisi onun Məhəmməd Baqer Qalibafla görüşdüyünü açıqlayıb. Görüşdə İranın ABŞ və İsraillə münaqişəsinin müzakirə olunduğu bildirilib.
Bu ilin may ayında İran Ali Liderinin ofisinin protokol xidmətinin rəhbəri Məzahir Hüseyni Müctəba Xameneinin bel və diz nahiyəsindəki xəsarətlərdən, eləcə də qulağının arxasındakı kəsikdən sağaldığını açıqlamışdı.
İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur isə xəsarətlərin Ali Liderin xarici görünüşündə dəyişiklik yaratmadığını bildirmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью