Qalibaf Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat paylaşıb
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
İranın Ali Lideri Müctəba Xameneinin səhhətinin əla olduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın “Telegram” kanalında paylaşım edilib.
Qalibaf Müctəba Xamenei ilə görüşdən sonra onun səhhətinin əla olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 21-də Müctəba Xameneinin ofisi onun Məhəmməd Baqer Qalibafla görüşdüyünü açıqlayıb. Görüşdə İranın ABŞ və İsraillə münaqişəsinin müzakirə olunduğu bildirilib.
Bu ilin may ayında İran Ali Liderinin ofisinin protokol xidmətinin rəhbəri Məzahir Hüseyni Müctəba Xameneinin bel və diz nahiyəsindəki xəsarətlərdən, eləcə də qulağının arxasındakı kəsikdən sağaldığını açıqlamışdı.
İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur isə xəsarətlərin Ali Liderin xarici görünüşündə dəyişiklik yaratmadığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:“Müctəba Xameneinin səhhəti yaxşıdır”
01 Aprel 2026 19:55
Müctəba Xameneinin səhhəti ilə bağlı şok iddia
07 Avqust 2026 15:11
Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ
27 İyul 2026 14:54
Müctəba Xameneinin səhhəti ilə bağlı kəşfiyyat hesabatı üzə çıxdı
07 Aprel 2026 11:37
İran Səhiyyə Nazirliyindən Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA
25 May 2026 14:08
Baxış sayı:93
Bu xəbər 27 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















