Qalmaqal sona çatdı: Niyaməddin Musayev Qumrala icazəsi verdi

27.01.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, müğənni Qumral Musayevanın Xalq artisti Niyaməddin Musayevin repertuarına daxil olan “Dünya sənin, dünya mənim” mahnısını ifa etməsindən sonra qalmaqal yaranıb. 

Mahnının Xalq artistinin qızı Röya tərəfindən “YouTube” platformasından sildirilməsindən sonra son günlər efirlərə qatılan müğənni Təranə Qumral və Musa Musayev baş verənlərlə bağlı narazılıqlarını bildirir, etiraz edir və sərt açıqlamalar verirlər. 

“Cebheinfo.az” məsələ ilə bağlı Xalq artisti Niyaməddin Musayevlə əlaqə saxlayıb. Sənətkar bildirib ki, mövzunun  şişirdilməsinə ehtiyac yoxdur:

“Ona mahnını oxumağa icazə verildi. Bunu daha da şişirtməyin mənası yoxdur. 

Tolikin verilişində mən də dedim ki, sözləri düzəltsin, oxusun. O da düzəltdi, oxudu. Daha bunu şişirtməyin nə mənası var?” 

Qeyd edək ki, Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısının Məmməd Araza aid sözlərini yanlış ifa etməsi müğənni Qumral Musayevanın sərt tənqid edilməsinə səbəb olub. 

Belə ki, efirlərə dəvət olunan müğənni mahnıdakı “Bir taleyin oyununda cütlənmiş zərik” misrasını “cütləşmiş zərik” kimi ifa edib. İzləyicilər bu ifanı həm Məmməd Arazın yaradıcılığına, həm də Xalq artisti Niyaməddin Musayevə hörmətsizlik kimi qiymətləndiriblər. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью