Qalmaqal sona çatdı: Niyaməddin Musayev Qumrala icazəsi verdi
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, müğənni Qumral Musayevanın Xalq artisti Niyaməddin Musayevin repertuarına daxil olan “Dünya sənin, dünya mənim” mahnısını ifa etməsindən sonra qalmaqal yaranıb.
Mahnının Xalq artistinin qızı Röya tərəfindən “YouTube” platformasından sildirilməsindən sonra son günlər efirlərə qatılan müğənni Təranə Qumral və Musa Musayev baş verənlərlə bağlı narazılıqlarını bildirir, etiraz edir və sərt açıqlamalar verirlər.
“Cebheinfo.az” məsələ ilə bağlı Xalq artisti Niyaməddin Musayevlə əlaqə saxlayıb. Sənətkar bildirib ki, mövzunun şişirdilməsinə ehtiyac yoxdur:
“Ona mahnını oxumağa icazə verildi. Bunu daha da şişirtməyin mənası yoxdur.
Tolikin verilişində mən də dedim ki, sözləri düzəltsin, oxusun. O da düzəltdi, oxudu. Daha bunu şişirtməyin nə mənası var?”
Qeyd edək ki, Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısının Məmməd Araza aid sözlərini yanlış ifa etməsi müğənni Qumral Musayevanın sərt tənqid edilməsinə səbəb olub.
Belə ki, efirlərə dəvət olunan müğənni mahnıdakı “Bir taleyin oyununda cütlənmiş zərik” misrasını “cütləşmiş zərik” kimi ifa edib. İzləyicilər bu ifanı həm Məmməd Arazın yaradıcılığına, həm də Xalq artisti Niyaməddin Musayevə hörmətsizlik kimi qiymətləndiriblər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 27 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















