Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Nigar Fərhadın rəhbərlik etdiyi "AİD Group” adlı viza mərkəzi ilə bağlı ciddi itt
İddialara görə, mərkəz insanları aldadaraq pul yığır. Onlar guya Kanadada sürücü, aşpaz, fəhlə və digər peşələr üçün 10-12 min dollar maaşlı
İnsanlardan “tez olun, yerlər dolur” bəhanəsi ilə pul alındığı bildirilir.
Məlumatlara əsasən, "AİD Group” adı ilə çox adamdan pul toplanıb, lakin heç bir real iş düzəldilməyib.
Nəticədə insanlar ağır miqrasiya prosesləri ilə üzləşib çətin vəziyyətə düşürlər.
Kimisi bu prosesdən çıxaraq Kanadada qala bilsə də, çoxları borc içində və puç olan xəyallarla Azərbaycana qayıdır.Bu problemlə üzləşən vətəndaş Vəli Quliyev məsələ ilə bağlı narahatlığını bildirib və Daxili İşlər Nazirliyinə müraciət edib: "AİD Group” adlı viza mərkəzi və rəhbəri Nigar Fərhad barəsində ciddi araşdırma və istintaq aparılmalıdır.
Bu mərkəz insanları aldadaraq külli miqdarda pul toplayır, heç bir düzgün və obyektiv məlumat vermədən Kanadaya göndərir.
Nəticədə insanlar burada uzun, çətin miqrasiya prosesləri ilə üzləşir və ağır vəziyyətə düşürlər.