Icma.az
close
up
RU
Qalmaqallarla gündəmə gələn Nigar Fərhadla bağlı yeni iddialar....

Qalmaqallarla gündəmə gələn Nigar Fərhadla bağlı yeni iddialar....

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Nigar Fərhadın rəhbərlik etdiyi "AİD Group” adlı viza mərkəzi ilə bağlı ciddi ittihamlar səsləndirilib.

İddialara görə, mərkəz insanları aldadaraq pul yığır. Onlar guya Kanadada sürücü, aşpaz, fəhlə və digər peşələr üçün 10-12 min dollar maaşlı işlər olduğunu deyərək vətəndaşları inandırırlar. İnsanlardan “tez olun, yerlər dolur” bəhanəsi ilə pul alındığı bildirilir.

Məlumatlara əsasən, "AİD Group” adı ilə çox adamdan pul toplanıb, lakin heç bir real iş düzəldilməyib. Nəticədə insanlar ağır miqrasiya prosesləri ilə üzləşib çətin vəziyyətə düşürlər. Kimisi bu prosesdən çıxaraq Kanadada qala bilsə də, çoxları borc içində və puç olan xəyallarla Azərbaycana qayıdır.Bu problemlə üzləşən vətəndaş Vəli Quliyev məsələ ilə bağlı narahatlığını bildirib və Daxili İşlər Nazirliyinə müraciət edib:

"AİD Group” adlı viza mərkəzi və rəhbəri Nigar Fərhad barəsində ciddi araşdırma və istintaq aparılmalıdır. Bu mərkəz insanları aldadaraq külli miqdarda pul toplayır, heç bir düzgün və obyektiv məlumat vermədən Kanadaya göndərir.

Nəticədə insanlar burada uzun, çətin miqrasiya prosesləri ilə üzləşir və ağır vəziyyətə düşürlər. Kimisi bu prosesdən çıxaraq Kanadada qala bilir, amma çoxları böyük borc, puç olan xəyallar və reallaşmayan arzularla Azərbaycana qayıdır”.

Vəli Quliyev sosial şəbəkədəki dostlarına da müraciət edib:

“Kanadaya gəlmək mümkündür, amma bunu yalnız hazırlıqlı, geniş məlumatlı, rəsmi və etibarlı yollarla edin. Heç vaxt belə fırıldaqçılara, dələduzlara və yalançılara pulunuzu, gələcəyinizi və arzularınızı etibar etməyin. Unutmayın, bir yanlış addım həyatınızı alt-üst edə bilər”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri