Qalmaqallı “Magna Carta“nın unudulmuş GERÇƏK HEKAYƏSİ | Icma.az
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. "Magna Carta Libertatum" (orta əsr latın dilində "Böyük Azadlıqlar Xartiyası" deməkdir),
Kral və baronlar arasında razılaşdırılmış "Magna Carta" bəlkə də tarixdə ən çox müzakirə olunan hüquqi sənədlərdən biridir.
Əksəriyyət bu xartiyanı müasir demokratiyanın, hüquqi dövlətin və insan hüquqlarının başlanğıcı kimi görsə də, onun həqiqi mahiyyəti, motivləri və təsiri daha mürəkkəb və çoxşaxəlidir.
"Magna Carta" həqiqətən azadlığın simvoludurmu, yoxsa dövrünün siyasi oyunlarının məhsuludur? Bu sənədin az bilinən sirləri hansılardır?
Qeyd edək ki, "Magna Carta" İngiltərə kralı John (Yerusəlimli Yəhya) ilə üsyançı baronlar arasında əldə olunan razılaşmanın nəticəsi olmuşdur.
Kral John tarixdə ən uğursuz və qeyri-populyar monarxlardan biri kimi tanınır.
O, Fransa ilə uğursuz müharibələr aparmış, Normandiyanı itirmiş, yüksək vergilər qoymuş və baronları təqib etmişdi.
Ən əsası isə, Papa III Innocent ilə münaqişəyə girərək İngiltərəni Roma kilsəsinin lənətinə məruz qoymuşdu.
Tam oxu
Xəbəri oxu