Qaluzin: Azərbaycanın Aİİ ilə yaxınlaşmasını istərdik

04.06.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daha da yaxınlaşmasına kömək etməyə hazırdır və ölkəni Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istəyir.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Biz Azərbaycanın Aİİ ilə yaxınlaşmasını asanlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq, çünki bu, fikrimizcə, ortaq Avrasiya məkanımızda mövcud iqtisadi əlaqələri daha da gücləndirəcək. Belə yaxınlaşma Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək, çünki ölkə ortaq mal bazarının üstünlüklərindən istifadə edə və nəqliyyat, xidmət və investisiya sahələrində əməkdaşlığı genişləndirə biləcək", - deyə Qaluzin qeyd edib. pizza mizza

"Azərbaycanı Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istərdik və inanırıq ki, belə bir addım Bankın ölkədəki böyük layihələri maliyyələşdirməsi üçün yol açacaq", - nazir müavini vurğulayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью