Qaluzin: Azərbaycanın Aİİ ilə yaxınlaşmasını istərdik
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daha da yaxınlaşmasına kömək etməyə hazırdır və ölkəni Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istəyir.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Biz Azərbaycanın Aİİ ilə yaxınlaşmasını asanlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq, çünki bu, fikrimizcə, ortaq Avrasiya məkanımızda mövcud iqtisadi əlaqələri daha da gücləndirəcək. Belə yaxınlaşma Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək, çünki ölkə ortaq mal bazarının üstünlüklərindən istifadə edə və nəqliyyat, xidmət və investisiya sahələrində əməkdaşlığı genişləndirə biləcək", - deyə Qaluzin qeyd edib. pizza mizza
"Azərbaycanı Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istərdik və inanırıq ki, belə bir addım Bankın ölkədəki böyük layihələri maliyyələşdirməsi üçün yol açacaq", - nazir müavini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 04 İyun 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















