Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir. Xocalı...
Nə vaxtsa oxumuşdum ki, Xocalının işğal edilməsini də, azad olunmasını da, oraya böyük qayıdışımızı da elə bu adın özü ilə ifadə etmək olar – Xocalı adı ilə.
Bu ad, bu ifadə özündə ağrını, acını, dəhşəti ehtiva elədiyi kimi, həm də azadlığı, oraya qayıdışı, oranın yeni nəfəs tapmasını ehtiva edə bilər.
Xocalıya səfər edəcəyimi eşidəndə, birinci növbədə, bunun səfərdən daha çox ziyarət olduğunu düşündüm – müqəddəs ziyarət.
Mənə görə Xocalı hər bir azərbaycanlı üçün bir ziyarət yeri, bir məbəddir: ağrının, acının məbədi.
Xocalı hər bir azərbaycanlı üçün alınan dərs, müsibət səhifəsi, tarixi yaddaş kitabçasıdır: hər birimizin qan yaddaşı...
Bakıdan yola düşdüyümüz vaxtdan ta ki yol qırağında iri hərflərlə yazılmış "Xocalı” nişanını görənə qədər ağlımdan yüzlərlə fikir keçirdim.
O gecəni düşündüm, o gecə olanları, o gecədən sonrakı hadisələri...