Qanlı köynək, güllə ilə deşilmiş gödəkdə, Larisanın tabutu 20 yanvar şəhidlərinin əşyaları…
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda 20 yanvar 1990-ci il şəhidlərinə məxsus müxtəlif fotolar, sənədlər və s.
materiallar mühafizə edilir. Eksponatlar Milli Azərbaycan Tarixi Muzeyinin daimi elmi ekspozisiyasında nümayiş etdirilir.
Bunları qorumaq bizə qürur hissi verməklə yanaşı, həm də kədərli hislər yaşadır. Yerli və xarici ziyarətçilərin böyük marağına səbəb olur.
Muzeyin bələdçiləri hadisə barədə ətraflı məlumat verirlər" Bunu Moderator.az-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri, tarixçi Şəfa Mövsümov deyib.
O daha sonra əlavə edib: "Burada odlu silahdan açılan atəş nəticəsində aldığı yaralardan 1990-cı il fevralın 19-da vəfat etmiş Mirzə Qəniyevin ölümü haqqında şəhadətnamə, güllə yarası nəticəsində kəskin qan itirməsindən vəfat etmiş Rövşən Rüstəmovun ölümü haqqında şəhadətnamənin surəti, 1990-ci il yanvarın 20-də döş qəfəsindən aldığı yaralardan vəfat etmiş Eldar Məmmədovun ölümü haqqında şəhadətnamənin surəti, Bakı uşaq musiqi məktəbində fortepiano üzrə təhsil alan Larisa Məmmədovanın 1989-1990-cı tədris ilinin 5-ci sinfində aldığı qiymətlərin cədvəli mövcuddur.
Qiymətlər səhifəsində "1990-cı ilin yanvar hadisələrinin qurbanı oldu" əl yazısı var.
Bundan əlavə onun fotoşəkili, çiyinlərdə aparılan şəhid tabutunun fotosu da var.
Tam oxu
Xəbəri oxu