Qanlı köynək, güllə ilə deşilmiş gödəkdə, Larisanın tabutu 20 yanvar şəhidlərinin əşyalarının qorunduğu muzeydən FOTOREPORTAJ
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda 20 yanvar 1990-ci il şəhidlərinə məxsus müxtəlif fotolar, sənədlər və s. materiallar mühafizə edilir. Eksponatlar Milli Azərbaycan Tarixi Muzeyinin daimi elmi ekspozisiyasında nümayiş etdirilir. Bunları qorumaq bizə qürur hissi verməklə yanaşı, həm də kədərli hislər yaşadır. Yerli və xarici ziyarətçilərin böyük marağına səbəb olur. Muzeyin bələdçiləri hadisə barədə ətraflı məlumat verirlər"
Bunu Moderator.az-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri, tarixçi Şəfa Mövsümov deyib. O daha sonra əlavə edib:

"Burada odlu silahdan açılan atəş nəticəsində aldığı yaralardan 1990-cı il fevralın 19-da vəfat etmiş Mirzə Qəniyevin ölümü haqqında şəhadətnamə, güllə yarası nəticəsində kəskin qan itirməsindən vəfat etmiş Rövşən Rüstəmovun ölümü haqqında şəhadətnamənin surəti, 1990-ci il yanvarın 20-də döş qəfəsindən aldığı yaralardan vəfat etmiş Eldar Məmmədovun ölümü haqqında şəhadətnamənin surəti, Bakı uşaq musiqi məktəbində fortepiano üzrə təhsil alan Larisa Məmmədovanın 1989-1990-cı tədris ilinin 5-ci sinfində aldığı qiymətlərin cədvəli mövcuddur. Qiymətlər səhifəsində "1990-cı ilin yanvar hadisələrinin qurbanı oldu" əl yazısı var. Bundan əlavə onun fotoşəkili, çiyinlərdə aparılan şəhid tabutunun fotosu da var. Həmin materiallar onların ailə üzvləri tərəfindən muzeyə hədiyyə edilir, qeydiyyata alınır və daimi elmi mühafizəyə cəlb edilir. Bu gün də 20 yanvar şəhidlərinə aid materialları və şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə gətirməklə daimi mühafizəyə verə bilərlər. Materiallar muzeyin Fondsatınalma Komissiyası tərəfindən qəbul edilir, elmi ekspertizadan keçirilib qeydiyyata salınır. Sonra müvafiq fonda mühafizəyə cəlb edilir. Fond əməkdaşları tərəfindən inventar nömrəsi verilir. Sonra muzeydəki müvafiq sərgilərdə və tədbirlərdə nümayiş etdirilir. Həmin materiallar əsasında kataloq tərtib olunur və elmi məqalələr yazılır.. 20 yanvar faciəsi ilə bağlı 300-dən artıq eksponat muzeyin müxtəlif fondlarında mühafizə edilir. 20 yanvar şəhidlərinə aid kataloqda 37 şəhidə məxsus fotoşəkillər, qəzetlər, rəsm əsərləri, sənədlər və s. əks olunub. Qeyd edim ki, 20 yanvar şəhidlərinə aid eksponatlar muzeyin Sənədli Mənbələr, Hədiyyələr və Xatirə Əşyaları, Silahlar və Bayraqlar, Fotoneqativ, Köməkçi Tarixi Fənn Materialları və Təsviri İncəsənət fondlarında qorunur" deyə o bildirib.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Yanvar 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















