Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məhkəmə hakimiyyətinin özbaşınalığından şikayətlərə baxmadığına görə 30 aydır ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının dələduzluqla özbaşına dayandırdığı 8 il qabaqkı 05.07.2017-ci il tarixli Qərarın icrasının bərpasına tələbkar 1-ci dərəcəli Qarabağ əlili nail ola bilmir.
Ali dövlət hakimiyyəti orqanları 30 ayda söz versələr də, Konstitusiyanın 129-cu maddəsinə zidd özbaşınalığa son qoya bilmirlər; daha düzü, istəmirlər.
Deyəsən, ƏƏSMN-in sıradan sosial məmurları Konstitusiyadan da üstün olub, Prezidentdən də, MM-dən, Ali Məhkəmədən, beynəlxalq qanundan da.
30 aydır açıq-aşkara Konsitusiyaya, məhkəməyə, dövlətə, millətə hörmətsizlik at oynadır.
Özbaşınalıq o həddə çatıb ki, qərarı çıxaran 1 BİİM-in varisi Bakı İnzibati Məhkəməsi son 4 ayda hətta elektron kabinetdən tələbkarın təqdim etdiyi ərizələrin qəbulundan imtina edir.
Halbuki məhkğməyə müraciət etmək hüququndan imtina etibarsız sayılər (MPM-in 4.1 m-si) və Konstitusiyanın 60-cı maddəsinə ziddir.
Eyni zamanda İPM-in 119.1-ci maddəsinin Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarının 22-ci bəndinə görə, tələbkar ərizə vermədikdə belə məhkğmə XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ İCRA HAQQINDA QƏRARDAD çıxarmalıdır.