Icma.az
close
up
RU
Qanunverici Milli Məclis (Aparatı) məhkəməyə verilir

Qanunverici Milli Məclis (Aparatı) məhkəməyə verilir

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məhkəmə hakimiyyətinin özbaşınalığından şikayətlərə baxmadığına görə

30 aydır ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının dələduzluqla özbaşına dayandırdığı 8 il qabaqkı 05.07.2017-ci il tarixli Qərarın icrasının bərpasına tələbkar 1-ci dərəcəli Qarabağ əlili nail ola bilmir. Ali dövlət hakimiyyəti orqanları 30 ayda söz versələr də, Konstitusiyanın 129-cu maddəsinə zidd özbaşınalığa son qoya bilmirlər; daha düzü, istəmirlər.

Deyəsən, ƏƏSMN-in sıradan sosial məmurları Konstitusiyadan da üstün olub, Prezidentdən də, MM-dən, Ali Məhkəmədən, beynəlxalq qanundan da. 30 aydır açıq-aşkara Konsitusiyaya, məhkəməyə, dövlətə, millətə hörmətsizlik at oynadır. Özbaşınalıq o həddə çatıb ki, qərarı çıxaran 1 BİİM-in varisi Bakı İnzibati Məhkəməsi son 4 ayda hətta elektron kabinetdən tələbkarın təqdim etdiyi ərizələrin qəbulundan imtina edir. Halbuki məhkğməyə müraciət etmək hüququndan imtina etibarsız sayılər (MPM-in 4.1 m-si) və Konstitusiyanın 60-cı maddəsinə ziddir. Eyni zamanda İPM-in 119.1-ci maddəsinin Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarının 22-ci bəndinə görə, tələbkar ərizə vermədikdə belə məhkğmə XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ İCRA HAQQINDA QƏRARDAD çıxarmalıdır. Bakı İnzibati Məhkəməsi isə xidməti vəzifəsini icra etmğkdən imtina edir, əksinə İCRANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA QƏRARDAD ÇIXARIR. Bu özbaşınalıq Ali Məhkəməyə kimi uzanır. Nə Ali Məhkəmə, nə Məhkəmə Hüquq Şurası, nə Konstitusiya Məhkəməsi, nə PA, nə hüquq mühafizə orqanları, özəlliklə, ombudsman,  prokurorluq, Ədliyyə Nazirliyi, Milli Məclis ... 30 aydır dövlətə hörmətsizliyə görə adi bir qərarı icra etdirə bilir.

MM-dən söz düşmüşkən, qərarın icrasının dayandırıldığı 2023-cü və 2024-cü illərdə dəfələrlə qəbulda olub, icranı heç kəsin dayandıra bilməməsini diqqətə çatdırsaq da, qanunun aliliyinə nail ola bilməmişik. MM Aparatının dövlət quruculuğu,  inzibati və hərbi qanumvericilik şöbəsi və sosial qanunvericilik şöbəsi ( əvvəllər ƏƏSMN-də işləmiş şəxs) 05.07.2017-ci il tarixli məhkəmə qərarını təqdim etməyi bildirib, icra etdirəcəklərinə söz versələr də, ƏƏSMN-in özbaşınalığı sözdən də üstün olub. Konstitusiyadan üstün olduğu kimi.

Son bir ildə tələbkar daha “radikal” addımlara əl atıb. Artıq məhkəmələrin fəaliyyət(sizliy)inin Cinayət Məcəlləsinin maddələri ilə tövsif olunmasından şikayətlər Milli Məclis Aparatını “bezdirib”. Qəti şəkildə baxmaqdan imtina edilir ki, məhkəmələrin özbaşınalığına prokurorluq qiymət verməlidir. Bəs Milli Məclisdən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvləri  təyin olunan 5 nəfərin işinin adı nədir. Xatırladırıq ki, MM-in müavini ilə birgə 3 deputat, Hesablama Palatasının sədri və MM Aparatının rəhbəri komissiya üzvləridir və hər kəsin bu üzvlərə korrupsiya faktından şikayət etmək hüququ qanunla, Konstitusiya ilə tənzimlənir. Di gəl, Aparatın Məhkəmə hakimiyyəti ilə əlaqədar sektorunun müdiri Nazir Bayramov şablon cavablarla korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü Aparat rəhbərinə edilən şikayətlərin “baxıla bilməzliyini” qanuna salıb” ki, məhkəmə özbaşınalığından  şikayətlər MM-ə aid deyil. Bəs niyə aidiyyatı üzrə göndərilmir, bəs MMA-da “məhkəmə hakimiyyəti ilə əlaqədar” sektor nəyə lazımdır? Onu da vurğulayaq ki, 1-ci dərəcəli Qarabağ qazisi kassasiya hüququna vəkildən imtina etməklə qadağanın da, məhkəməyə müraciət etdiyinə görə 400+300+100 manat cərimə edilməsinin də korrupsiya faktı, bilə-bilə ədalətsiz aktlar olmasını  qanunvericinin diqqətinə çatdırıb, hüquqi yardım istəməkdə haqlıdır. Müraciət edilən orqan isə , ona aid deyilsə, müraciəti aidiyyatı üzrə göndərməlidir.

Şikayətlərində “bezən” MM yetkililərinin şablon “baxımsızlıq” cavablarından bezən Qarabağ qazisi ali dövlət hakimiyyəti başçılarına MM-i məhkəməyə verəcəyi ilə bağlı anons edib. Məhkəmə hakimiyyətinin özbaşınalığını müdafiə edən qanunverici hakimiyyətdən məhkəməyə müraciət. Nəsə gözləməyə dəyməsə də, Qarabağ qazisi qara bəxtini sınamaq fikrindədir. Qaradan artıq boya olmaz, deyib dədələrimiz.

Məğrur BƏDƏLSOY

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri