QAO SİNTZYAN KİMDİR? Etibar Əliyevin YAZISI | Icma.az
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:Çin nəsr ustası, dramaturq, tənqidçi və tərcüməçi Qao Sintzyan 1940-cı ildə Şanxay yaxınlığında mənzərəli Hançjou şəhərciyində anadan olub.
Onun atası bankir, anası isə aktrisa idi.Sintzyan 1962-ci ildə Pekində Xarici Dillər İnstitutunun fransız dili fakültəsini bitirib.
Tələbəlik illərindən yaradıcılığa başlayan gənc Qao Mao Tze Dunun rəvac verdiyi «mədəni inqilab»ın qurbanı kimi «tərbiyə olunmaq üçün» məcburi əmək düşərgəsinə göndəriləndə bütün əlyazmalarını yandırmışdı.
1979-cu ildə Çində islahatlar başlayan zaman onun əsərlərinin çapına qadağa qoyulur və ölkədən xüsusi razılıq olmadan çıxmasına icazə verilmir.
Den Syaopin hakimiyyətə gəldikdən sonra onun Çinin bir neçə teatrında pyesləri tamaşaya qoyulur.
Bu illərdə oxucuları onu «Çinin Soljenitsını» adlandırırdılar.
Lakin Soljenitsından fərqli olaraq, Qao əsərlərində dözülməz Çin cəzaçəkmə müəssisələrindən yazmırdı.
Tam oxu
Xəbəri oxu