Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Deputat jurnalisti həbs etdirib

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

Topuriya məğlub oldu UFC də ŞOK

İsveç miqrant siyasətini sərtləşdirir

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

Legioneri “Qəbələ” ilə vidalaşdı

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

QAO SİNTZYAN KİMDİR? Etibar Əliyevin YAZISI

QAO SİNTZYAN KİMDİR? Etibar Əliyevin YAZISI

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

Çin nəsr ustası, dramaturq, tənqidçi və tərcüməçi Qao Sintzyan 1940-cı ildə Şanxay yaxınlığında mənzərəli Hançjou şəhərciyində anadan olub. Onun atası bankir, anası isə aktrisa idi.

Sintzyan 1962-ci ildə Pekində Xarici Dillər İnstitutunun fransız dili fakültəsini bitirib. Tələbəlik illərindən yaradıcılığa başlayan gənc Qao Mao Tze Dunun rəvac verdiyi «mədəni inqilab»ın qurbanı kimi «tərbiyə olunmaq üçün» məcburi əmək düşərgəsinə göndəriləndə bütün əlyazmalarını yandırmışdı. 1979-cu ildə Çində islahatlar başlayan zaman onun əsərlərinin çapına qadağa qoyulur və ölkədən xüsusi razılıq olmadan çıxmasına icazə verilmir. Den Syaopin hakimiyyətə gəldikdən sonra onun Çinin bir neçə teatrında pyesləri tamaşaya qoyulur. Bu illərdə oxucuları onu «Çinin Soljenitsını» adlandırırdılar. Lakin Soljenitsından fərqli olaraq, Qao əsərlərində dözülməz Çin cəzaçəkmə müəssisələrindən yazmırdı. Qaonun özünə və əsərlərinə yaranmış müvəqqəti «mülayimlik» çox çəkmir. Yazıçının məşhur «Qəlbin dağı» romanı da daxil olmaqla, əsərlərinin çapına yenidən qadağa qoyulur.


1981-ci ildə onun ilk «Müasir nəsr sənəti haqqında bir neçə düşüncə» adlı kitabı çapdan çıxır. Bir il sonra isə dramaturqun Pekin Xalq İncəsənət Teatrında «Həyəcan siqnalı» və «Avtobus dayanacağı» pyesləri tamaşaya qoyulur. Az sonra «Avtobus dayanacağı» pyesi ideoloji cəhətdən zərərli hesab olunur, bunun ardınca yazdığı «Başqa sahil» pyesinə isə ümumiyyətlə qadağa qoyulur.

Gərgin repressiyalardan yaxa qurtarmaq üçün dramaturq Siçuan meşələri və dağlarında gizlənir, on ay müddətində isə Yantszı çayının mənbəyindən mənsəbinə qədər olan məsafəni qət edir. 1987-ci ildə Pekin Qao Sintzyanı «fəxri mühacirətə» göndərir, iki ildən sonra isə Tyananmen meydanında baş verən faciə ilə əlaqədar onu vətəndaşlıqdan məhrum edir. Qaonun bütün əsərlərinə «əksinqilab təbliğatı» damğası vurulmuşdu. Çini tərk edib Fransaya üz tutan dramaturq Tyananmen meydanında baş verən olayla bağlı Kommunist Partiyasının sıralarından çıxır.

Qao nəinki dramaturq və nəsr ustası, həm də istedadlı rəssam və gözəl kalliqraf (xəttat) kimi Fransa və Belçikanın üç məşhur ədəbiyyat mükafatına layiq görülüb. O, rejissor və tərcüməçi olmaqla yanaşı, həm də Çin ədəbiyyatında yeni istiqamətin əsasını qoyub. Qaonun yaradıcılığının kulminasiya nöqtəsini «Ruhlar dağı» romanı təşkil edir.

«Ruhlar dağı»nın müəllifi bizi ölkəsini göstərmək üçün deyil, öz lirik dərkini təcəssüm etmək üçün gəzdirir. Gerçəklikdən istifadənin bu xüsusi üsulu yazıçıya öz materialının dərinliyinə dalmasına imkan yaradır. Qao Nobel mühazirəsində də bu barədə danışır: «Yazıçı gerçəkliyin surətini çıxarmır, reallığın mənbəyinə vararaq, onun xarici təbəqəsinə nüfuz edir. Ədəbiyyat kənar xülyaları ifşa edir və böyük yüksəklikdən adi hadisələrə baxaraq, onları bütün tamlığı və bütövlüyündə qələmə alır».

Burada Çin estetikasının daha bir ziddiyyəti açılmış olur. Konfutsi öyrədir ki, müdrik dayazı yox, dərini dərk edir. Bu minvalla Çin düşüncəsi öz qarşısına həlli mümkünsüz olan məsələ qoyur: xaricdəki real deyil, daxilinin təsviri isə mümkünsüzdür. Qalır assosiativ anlama sənəti. Xarici (dayaz) ilə daxilinin (dərin) əlaqəsi mübahisəsiz olsa da, çətin duyulandır, çünki bu əlaqə daxili olan haqda danışmır. Sənətkar bu eyhamları tutub saxlamaqla və izah etməklə yaratdığı əsərdə yeni izahlar həlqəsinə yol açmalıdır. Zira yalnız sənətkar oxucunu, yaxud tamaşaçını lazımi istiqamətə yönəltməyə qadirdir.

Ulular demişlər: «Bir ovuc torpaq və bircə qaşıq su hüdudsuz fikirlər törədir». 

Bu xüsusda orta əsrlər Çininin böyük tədqiqatçısı Lyu Syo daha dəqiq deyir: «Qoy hansısa əhəmiyyətsizin adı çəkilsin — o, öz ardınca böyük analogiyalar doğuracaq».

Bütün klassik Çin mədəniyyətinə xas olan bir məqam var. Sənətkar hansı incəsənət növündə işləməsindən asılı olmayaraq, bir neçə elementlə əməliyyat aparmaqla üstün tutulanı (deyilməyəni) müfəssəl təsvir edə bilir.

Qao yalnız yazıçı deyil, həm də görkəmli rəssamdır. Nobel mükafatına qədər o, daha çox rəssamlığı ilə məşhur olub. Onun işləri üç qitənin qalereyalarında otuz fərdi sərgidə nümayiş etdirilib. Qaonun tutqun şəkillərini anlamaq, unutmaqdan çətindir.

Böyük ağ kağız vərəqlərində təsvir olunanlar, demək olar ki, ehtiyatsızlıqla salınmış mürəkkəb ləkəsi və naxışları xatırladır. Bəzən — amma bu, heç də məcburi deyil — onlar insan fiqurlarında, ağaclarda, çay sahillərində, bulud, yaxud teleqraf dirəklərində bütövləşirlər. Mnemonik (xatırlama incəsənəti) işarələr, Rorşax ləkələri, ürəkdəki şırımlar — onlar vacib, amma anlaşılmayan xəbər təki narahatlıq yaradır. «Qaonun «Ruhlar dağı» kitabı da belə tərəddüdlü, həyəcanlı manerada yazılıb. Biz adətimiz üzrə onu roman adlandırırıq, amma ədəbiyyatşünaslıq lüğətinə daxil olmayan — qəlbin peyzajı janrı buna daha uyğun gəlir» (Aleksandr Genis).

Çin avtoxton dövlətdir. Çinlilər yeganə xalqdırlar ki, heç yerə köçməmişlər. Burada altı min illik mədəni tarix ərzində insanların torpaqla xüsusi, möhkəm əlaqələri yaranıb. Ən əsası, öz torpağında düzgün məskunlaşmaq, günəş altında özünə elə bir yer tapmaqdır ki, orada təbiət qüvvələrinin ideal münasibətləri yaransın. Tənqidçilər «Ruhlar dağı»nı haqlı olaraq ziyarət kitabı adlandırırlar. Onun mərkəzində bir tərəfdən insan və təbiət, digər tərəfdən insan və cəmiyyət arasındakı harmoniya axtarışına gəzinti var. Müəllifin mədəni inqilabın kütləvi cinayətləri haqda təəssüratları onda izdiham qarşısında qorxu aşılayıb. Bütün Çin şairləri kimi o da dağların tənhalığında sığınacaq axtarıb. Amma tərki-dünya taleyi də hələ harmoniya deyil, ifratçılıqdır. Qao da bu ənənəvi çıxış yolunu rədd edir.

Onun səyyahlığı cəmiyyətdən qaçış yox, daxili müvazinət axtarışıdır. Həmin xarici və daxilinin dialektikası yenə də ictimai və fərdi olanların simmetriyasını izah edir. Qədim müdriklərin ardınca Qao da dövlətdəki başıpozuqluğun, cəmiyyətdəki zorun, təbiətdəki kataklizmlərin bizim qəlbimizə kəsilən hakim xaosun proyeksiyası olduğunu söyləyir.

Bu xaosu təsvir edərkən Qao öz müəllif surətini bir neçə ipostasa — Mən, Sən, O (kişi və qadın cinsində) — əvəzliklərinə bölür. Onların şəxsində növbə ilə nəqlini davam etdirən Qao yavaş-yavaş bütün xətləri birləşdirir. Bu gizlin hərəkət kitabın daxili süjetini yaradır. Bölünmüş şəxsiyyət özünü tapır.

Amma Qaonun qəhrəmanına xaosdan müalicə qismət olmur. Onun uzun səyahəti Bekketin qəhrəmanları kimi heç nə ilə bitir. Məqsəd və həyata haqq qazandırma əvəzinə həyat müəllifə son ovutmanı — təmiz ekzistensiyanı, doğum və ölüm arasında zamanın bizə ayırdığı anların hər birində dərk edilən yaşantıları təklif edir.

Nə sülh, nə xoşbəxtlik, nə də çıxış yolu tapmayan Qao lal absurdun korşaldığı boşluqda — hər bir həyatın başladığı yerdə qalmaqda davam edir.

2000-ci ildə Qao Sintzyan ilk Çin yazıçısı olaraq, «ümumdünya səviyyəli əsərlərində insanın müasir dünyada yerini kədərli şəkildə təsvir etdiyinə görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. O, Nobel mühazirəsində deyirdi: «Yazıçı tamamilə adi, başqalarına nisbətən daha hissiyyatlı insandır. Daha çox hissiyyata malik insanlar isə başqalarına nisbətən zəif olurlar. Əgər yazıçı xalqının ruporuna çevrilə bilmirsə və özündə ədaləti təcəssüm etmirsə, demək, onun səsi zəifdir. Ancaq ayrı-ayrı insanların səsi nəzərəçarpacaq dərəcədə həqiqətə yaxınlaşır. Mən elə bunu burada demək istəyirdim. Ədəbiyyat həmişə olduğu kimi, məhz ayrı-ayrı insanların səsidir. Ədəbiyyat vətənin tərif himninə, millətin bayraqdarına, hansısa bir siyasi partiyanın səsinə və müəyyən ictimai sinif və qrupun nümayəndəsinə çevriləndə öz həqiqi ruhunu itirir. Əgər belə bir ədəbiyyat qüdrətli bir qüvvəyə çevrilib dünyanı başına götürsə belə, hakimiyyətin və ayrı-ayrı maraqların aləti səviyyəsinə düşərək yaşamaq hüququndan məhrum olur»..

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see317

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see242

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see199

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see198

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see185

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see177

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see176

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see175

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see174

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see173

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see170

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see167

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see166

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see164

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see163

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see162

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see154

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see153

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri