Qapıçının Real Madrid ə vurduğu son dəqiqə qolu ilə pley offa yüksəldilər VİDEO

29.01.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə 18 oyunla yekun vurulub.

Ölkə.Az xəbər verir ki, gecənin ən yaddaqalan qarşılaşması Portuqaliyada baş tutan "Benfika" - "Real Madrid" olub.

Belə ki, meydan sahiblərinin qapıçı son dəqiqədə vurduğu qol ilə komandasını pley-off mərhələsinə daşıyıb.

"Real Madrid" oyunun əlavə vaxtında bərabərlik qolunu vurmağa çalışarkən, "Benfika"nın qolkiperi Anatoli Trubin 90+8-ci dəqiqədə hücuma qoşulub və standart vəziyyətdən ötürülən topu qapıdan keçirib.

Portuqallar hesabda irəlidə olsalar da, bu son dəqiqə möcüzəsi "Benfika"ya hava-su kimi lazım idi və bununla pley-offa vəsiqəni təmin ediblər.

Qeyd edək ki, "Qarabağ"la Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda qarşılaşan "Benfika" təmsilçimizə doğma meydanda 2:3 hesabı ilə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью