Qapıçının Real Madrid ə vurduğu son dəqiqə qolu ilə pley offa yüksəldilər VİDEO
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə 18 oyunla yekun vurulub.
Ölkə.Az xəbər verir ki, gecənin ən yaddaqalan qarşılaşması Portuqaliyada baş tutan "Benfika" - "Real Madrid" olub.
Belə ki, meydan sahiblərinin qapıçı son dəqiqədə vurduğu qol ilə komandasını pley-off mərhələsinə daşıyıb.
"Real Madrid" oyunun əlavə vaxtında bərabərlik qolunu vurmağa çalışarkən, "Benfika"nın qolkiperi Anatoli Trubin 90+8-ci dəqiqədə hücuma qoşulub və standart vəziyyətdən ötürülən topu qapıdan keçirib.
Portuqallar hesabda irəlidə olsalar da, bu son dəqiqə möcüzəsi "Benfika"ya hava-su kimi lazım idi və bununla pley-offa vəsiqəni təmin ediblər.
Qeyd edək ki, "Qarabağ"la Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda qarşılaşan "Benfika" təmsilçimizə doğma meydanda 2:3 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Yanvar 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















