Qaqa, sən düz deyirsən, amma elə deyil... | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Futbolumuzun “Qarabağ” fəxri, yaxud Tahir Gözəlin bildirdiklərinə sözardı Ağdamda belə bir məşhur, az qala, zərb-məsələ çevrilmiş fikir var: Qaqa, sən düz deyirsən, amma elə deyil.
Görünür, bu el deyimini bölgənin “Qarabağ” Futbol Klubunun Prezidenti cənab Tahir Gözəlin dediklərinin müqabiliində yada salmağımızda hansısa qanunauyğunluq var.
Yazımız isə cənab Gözəlin dediklərinə münasibət səciyyəsi daşısa da, vurğuladığımız məqamların “Qarabağ”ımıza dəstək baxımından əhəmiyyət daşıyacağına inanırıq.
Çünki məqsədimiz mütərəqqidir. Amma əvvəlcə Tahir Gözələ təşəkkür payımızı çatdıraq.
Bu gün “Qarabağ” Çempionlar Liqası kimi nüfuzlu turnirin əsas mərhələsindədirsə, deməli, klubun rəhbəri kimi Tahir bəyin əməyi vurğulanmalıdır.
Üstəlik, nəzərə alsaq ki, 10 milyonluq Azərbaycanın futbol üzrə milli komandası cəmi 400 min əhaliyə sahib və futbol ölkəsi kimi tanınmayan İslandiyanın seçməsinə 5 cavabsız qolla məğlub olur, cənab Gözələ nəinki təşəkkür, eyni zamanda, dərin minnətdarlıq düşür.
Hər halda, Azərbaycan futbolu adına bir komandanı ayaqda tutmaq adi məsələ deyil. Bu, son dərəcə böyük zəhmət tələb edir.
Tam oxu
Xəbəri oxu