Icma.az
close
up
RU
Qaqa, sən düz deyirsən, amma elə deyil...

Qaqa, sən düz deyirsən, amma elə deyil...

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbolumuzun “Qarabağ” fəxri, yaxud Tahir Gözəlin bildirdiklərinə sözardı

Ağdamda belə bir məşhur, az qala, zərb-məsələ çevrilmiş fikir var: Qaqa, sən düz deyirsən, amma elə deyil. Görünür, bu el deyimini bölgənin “Qarabağ” Futbol Klubunun Prezidenti cənab Tahir Gözəlin dediklərinin müqabiliində yada salmağımızda hansısa qanunauyğunluq var. Yazımız isə cənab Gözəlin dediklərinə münasibət səciyyəsi daşısa da, vurğuladığımız məqamların “Qarabağ”ımıza dəstək baxımından əhəmiyyət daşıyacağına inanırıq. Çünki məqsədimiz mütərəqqidir.

Amma əvvəlcə Tahir Gözələ təşəkkür payımızı çatdıraq. Bu gün “Qarabağ” Çempionlar Liqası kimi nüfuzlu turnirin əsas mərhələsindədirsə, deməli, klubun rəhbəri kimi Tahir bəyin əməyi vurğulanmalıdır. Üstəlik, nəzərə alsaq ki, 10 milyonluq Azərbaycanın futbol üzrə milli komandası cəmi 400 min əhaliyə sahib və futbol ölkəsi kimi tanınmayan İslandiyanın seçməsinə 5 cavabsız qolla məğlub olur, cənab Gözələ nəinki təşəkkür, eyni zamanda, dərin minnətdarlıq düşür. Hər halda, Azərbaycan futbolu adına bir komandanı ayaqda tutmaq adi məsələ deyil. Bu, son dərəcə böyük zəhmət tələb edir.

Bəli, Tahir Gözəl düz deyir ki, futbol klubunu idarə etmək çətindir. Çətinlik həm də ondadır ki, hazırda “Qarabağ”a çox böyük diqqət var. Dünyanı hələlik bir kənara qoyur, sırf Azərbaycan ictimaiyyətinin diqqətini nəzərdə tuturuq. Heç şübhəsiz, cənab Gözəli bir neçə gün əvvəl dilə gətirdiklərini açıqlamağa, yaxşı mənada, məcbur edən məhz həmin diqqət idi. Tahir bəy həm də ona görə sağ olsun ki, ictimai rəyi nəzərə alaraq mikrafonlar önünə çıxdı. Həqiqətən, ibrətamiz addımdır.

İctimai rəydə isə “Qarabağ”ın hücumçu transferi məsələsi son dərəcə geniş müzakirə olundu. Müxtəlif adlar çəkildi. Amma niyəsə müzakirə klub Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqdan sonra gücləndi. Təbii, “Qarabağ”ın hücumçuları var. Məsələn, Nəriman Axundzadə, Musa Qurbanlı. Yeri gəlmişkən, bu iki futbolçunun çıxışları təqdirəlayiqdir. Xüsusən, Nərimanın ötən illə müqayisədə təcrübəsini xeyli artırdığının şahidiyik. Amma...

“Əmması” budur ki, “Qarabağ”a qol vuran ayaq lazımdır. Bu zərurəti azarkeşlər də hiss edib, görünür, klubun rəhbərliyi də. Elə baş məşqçi, çox hörmətli Qurban Qurbanovun özü də həmçinin. İndi T.Gözəl müxtəlif arqumentlər gətirib oyunçu transferinin mürəkkəbliyinə dair fikirlər səsləndirə bilər. Amma onun bildirdikləri daha çox, belə demək mümkünsə, daxili mətbəxin xüsusiyyətləridir. Məsələn, insanlarımız ayrı-ayrı klubların tutaq ki, 500 min dəyərə malik futbolçu üçün 8 milyon məbləğ şişirtdiklərinin fərqinə varmırlar. Azarkeşlər, eyni zamanda, düşünmürlər ki, klubun dəyərindən yüksək futbolçunu transfer qərarı komandanın digər oyunçularında diskomfort formalaşdırar, Tahir bəyin təbirincə desək, köhnələr yeniyə ötürmə etmək istəməzlər. Axı, hamı hamının qiymətindən agahdır. İndi açıqca soruşa bilərik ki, “daxili mətbəxin” hansısa azarkeşə dəxli varmı? Amma soruşmuruq, çünki vurğulanmalı başqa mətləblər var.

Azarkeş, yəni bütövlükdə Azərbaycan cəmiyyəti “Qarabağ”dan fövqəladə nə isə gözləyir. Klubun mərkəz hücumçusuna ehtiyac duymasının geniş müzakirəsi də bu gözləntidən qaynaqlanır. İnsafən, “Qarabağ” onun alınması üçün çox çalışdı, hətta mediaya müxtəlif klublarla danışıqların aparıldığına dair məlumatlar sızdı. Amma yenə Tahir bəyin təbirincə desək, alınmadı. Niyə alınmadı, çünki “Qarabağ” hücumçu axtarışı üçün hərəkətə transfer pəncərəsinin bağlanmasına çox az qalmış keçdi və onun elçi düşdüyü futbolçuların oynadıqları klublar, loru dildə desək, ayaqlarını qaldırıb nərdivanın yuxarı pilləsinə qoydular, dəyəri yüksək olmayan futbolçunu satıb çox qazanc əldə etmək istədilər. Anlaşılandır, həm də ona görə göydən getdilər ki, “Qarabağ”ın heyətinə qatmağı arzuladığı futbolçu özlərinə lazım idi. Baxın, Tahir bəy də vurğulayır ki, rəhbərlik etdiyi kluba 10 milyon versələr də, öz futbolçusunu satmaz. Digər tərəfdən, xaricilərin göydəngetmələrində “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparması amili də vurğulanmalıdır.

Deməli, futbolçu axtarışını transfer pəncərəsinin bağlanmasına günlər qalmış aparmaq yanlışdır. O zaman, başqa sual yaranır: “Qarabağ” nə üçün indiyədək məsələn, klubu ötən il tərk edərək vətəni Braziliyaya yollanmış Juninyo kimi forvard tapmayıb? Axı həmin Juninyonu futbol aləminə tanıdan Ağdam klubu olmuşdu. Yəni, bunu etmək mümkündür. İndi isə həmin “Qarabağ” istəyib ki, Juninyonu yenidən heyətinə qatsın, amma braziliyalının top qovduğu komanda, necə deyərlər, göylə gedib. Anlaşılandır, çünki futbol həm də biznesdir.

Əlqərəz, juninyoların axtarışına tez çıxmaq lazım idi. Amma indi belə təsəvvür var ki, klub rəhbərliyi əvvəl vəziyyətə baxıb gözləmək qərarı verib. Tahir bəy bunu komandanın strateji idarəçiliyi kimi qiymətləndirə bilər. Necə qiymətləndirməsin, axı Azərbaycan çempionu olmaq üçün “Qarabağ”a, böyük ölçüdə, düz-əməlli hücumçu lazım da deyil. Heç millimizi rüsvay edən İslandiyanın çempionunu məğlubiyyətə uğratmaq üçün də forvarda ehtiyac yoxdur.

Amma yüksək hədəflər uğrunda mübarizə aparan komandada strategiya deyilən bir şey var və həmin strategiya az maliyyə ilə də böyük nəticələr qazanmağa imkan verir. Hər halda, Ağdam klubu zamanında Juninyonu sıralarına qatmaqdan ötrü çox pul xərcləməmişdi. Amma Almaniya “Bayer”inə köks ötdürən futbolçu məşhurlaşdı və “Qarabağ” onu “Flamenqo”ya yüksək məbləğə satdı. Deməli, başlıca vəzifə satdığı futbolçunun yerini doldurmaq olmalı idi. Məsələ isə ondadır ki, “Qarabağ” bu zərurəti Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqdan sonra qarşılamaq qərarına gəldi və onda da çox gec idi.

Bəli, klubun malik olduğu strategiya, hansı maliyyə imkanlarından asılı olmayaraq, onun oyunçu ehtiyaclarını qarşılamalıdır. Məgər “Qarabağ” birdən-birəmi yüksəldi? Xeyr, komanda ilbəil gücləndi və nəticələr verdi. Tutaq ki, montoneqrolu Yankoviç kimi yüksək səviyyəli futbolçu anidən gəlib klubun heyətinə düşmədi. Hər halda, “Qarabağ” iş apardı, üstəlik maliyyə imkanları artdı, onu əldə edə bildi və bu iş həm də komandanın məyyənləşdirdiyi düzgün strategiyanın məhsuluna çevrildi.

Yəni, hörmətli Tahir bəy, bilirik ki, çalışırsınız, amma daha çox çalışmağa ehtiyac var. Onsuz da komanda Qurban Qurbanov kimi sehrbaza malikdir. O sehrbaz ki, Avropanın istənilən klubunda özünü təsdiqləyə bilər. Deməli, qalır Qurbanovun sehrinə şərait yaratmaq. Burada “Qurban hocaya hər şeyi vermişik, hər imkanı yaratmışıq” şəklində fikirlər də yetərli deyil. Axı onun sehrbazlığı meydança ilə məhdudlaşır.

“Qarabağ”ın müasir dillə desək, skautları daha ciddi işləməlidirlər. Həmin skautlar əvvəlcədən hansısa futbolçunun izinə düşməli, komandaya uyğunluğunu dəqiqləşdirməli və bu barədə məşqçi heyətini məlumatlandırmalıdırlar. Mövcud istiqamətdəki bir çox başqa incəlikləri də açıqlamaq mümkündür, amma lüzum görmürük. Həm də ona görə lüzum görmürük ki, istər Tahir bəyin, istərsə də “Qarabağ”ın rəhbərliyində təmsil olunan digər şəxslərin diqqətə çatdırdığımız mətləbləri gözəl dərk etdiklərindən xəbərdarıq. Biz, yəni, bütövlükdə, Azərbaycan ictimaiyyəti nəticəyə baxırıq. Nəticə isə budur ki, transfer pəncərəsi bağlandı və “Qarabağ” özü üçün lazım olan mərkəz hücumçusu ala, yaxud tapa bilmədi. Etiraf edək ki, bundan sonra hörmətli Tahir bəyin nəyə, hansı formada izah gətirməsinin heç bir önəmi qalmır.

Ancaq yazımızı nikbin notlarla tamamlayaq. Çünki futbolu olmayan, millisi bərbad ölkənin lider komandası “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. Başda Tahir bəy olmaqla, bütün komanda heyətinə turnirdə uğurlar arzulayır və qeydlərimizin səmimi qarşılanacağına, “Qarabağ”ımız naminə ümumi işə töhfə verəcəyinə inanırıq.

R.AMİN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tünzalə Ağayeva imicini dəyişdi “Xınalı qız”

28 May 2026 11:52see217

“Bayer” transferi rəsmiləşdirdi

28 May 2026 21:03see197

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see189

Rəqsanənin kiçik qzından diqqət çəkən PAYLAŞIM: Hamı gedəndə belə...

28 May 2026 13:59see181

ABŞ də 28 May münasibətilə bəyannamə imzalandı

28 May 2026 19:32see176

Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? Alimlərin cavabı

28 May 2026 18:30see175

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see175

Yağış, dolu, 31° isti…

28 May 2026 13:40see173

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see172

“Mənə demədin ki, iynə vururam?” Tolik müğənnini İFŞA ETDİ FOTO

29 May 2026 11:31see172

Fuad Muradov Edinburq Universitetində görüş keçirdi FOTOLAR

28 May 2026 16:01see167

“Oxucularımı əhliləşdirmişəm, indi şeirlərimi ANLAYIRLAR”

28 May 2026 12:22see166

Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır?

28 May 2026 15:59see165

Qızımın səsi var, amma o siyasəti seçdi

29 May 2026 00:36see163

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

29 May 2026 04:05see162

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

28 May 2026 13:48see162

Rusiya millisi Misirə uduzdu

29 May 2026 00:51see160

Turun mərkəzi oyunu Məmmədova tapşırıldı

28 May 2026 18:36see160

​Rusiyadan qonşu ölkələrə yeni təhdid “Bu ölkələrlə sərhəddə münaqişə şəraiti yaranır”

28 May 2026 10:52see156

İmişli dən futbol veteranlarına örnək addım FOTOLAR

28 May 2026 23:33see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri