Qara dəliklərlə bağlı daha bir YENİLİK | Icma.az
Olke.az saytına istinadən Icma.az xəbər verir. Astronomların aparmış olduqları yeni tədqiqat onu göstərib ki, kainatda mövcud olan superkütl
Ölkə.az NASA saytına istinadən bildirir ki, Chandra adlı rentgen teleskopu və VLT adlı optik teleskop vasitəsilə 7 ədəd qalaktika topasının
Məlumdur ki, qalaktika topalarının mərkəzlərində olan superkütləli qalaktikalar özlərində nəhəng ölçülü qara dəlikləri birləşdirirlər.
Həmin qara dəliklər özlərinin akkresiya diskindəki toz və qazı udurlar.
Bu isə öz növbəsində onların güclü enerji şüalanması ifraz etmələrinə səbəb olur.
Daha öncə təqdim edilmiş kompüter modelləşdirməsi ifraz edilən enerji şüalanması ilə qara dəliyə daxil olan qaz arasındakı əlaqənin mövcudluğunu güman etmişdi.
Bu kompüter modelləşdirməsinə əsasən qara dəliyin ifraz etdiyi enerji şüalanması qaz və tozu qalaktikanın mərkəzindən kənara və hətta qalaktikanın sərhədlərindən o tərəfə itələyir.
Təqdim edilmiş fotoda müşahidə edilmiş 7 ədəd qalaktika topasından 2-si əks olunub.
Tam oxu
Xəbəri oxu