Icma.az
close
up
RU
Qara dəliklərlə bağlı daha bir YENİLİK

Qara dəliklərlə bağlı daha bir YENİLİK

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Astronomların aparmış olduqları yeni tədqiqat onu göstərib ki, kainatda mövcud olan superkütləli qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər.

Ölkə.az NASA saytına istinadən bildirir ki, Chandra adlı rentgen teleskopu və VLT adlı optik teleskop vasitəsilə 7 ədəd qalaktika topasının müşahidəsi prosesi zamanı sübut əldə edilib ki, qara dəliklərin şüalanmaları onların qidalanaraq böyümələri üçün lazım olan qazı soyuda bilirlər. Məlumdur ki, qalaktika topalarının mərkəzlərində olan superkütləli qalaktikalar özlərində nəhəng ölçülü qara dəlikləri birləşdirirlər. Həmin qara dəliklər özlərinin akkresiya diskindəki toz və qazı udurlar.

Bu isə öz növbəsində onların güclü enerji şüalanması ifraz etmələrinə səbəb olur. Daha öncə təqdim edilmiş kompüter modelləşdirməsi ifraz edilən enerji şüalanması ilə qara dəliyə daxil olan qaz arasındakı əlaqənin mövcudluğunu güman etmişdi. Bu kompüter modelləşdirməsinə əsasən qara dəliyin ifraz etdiyi enerji şüalanması qaz və tozu qalaktikanın mərkəzindən kənara və hətta qalaktikanın sərhədlərindən o tərəfə itələyir. Təqdim edilmiş fotoda müşahidə edilmiş 7 ədəd qalaktika topasından 2-si əks olunub. Fotonun sol tərəfində Persey adlı qalaktika topası, sağ tərəfində isə Sentavr adlı qalaktika topası əks olunub.

Fotodakı bənövşəyi axınlar qara dəliklərdən ifraz olunan rentgen şüalanmasıdır. Çəhrayı-qırmızı xətlər isə soyuma prosesində olan qazdır. Əldə edilmiş məlumatların analizi onu göstərib ki, soyuq və isti qaz xətləri arasında əlaqə mövcuddur. Belə ki, onların parlaqlıqları və arxitekturaları bir-birilərinə bağlıdırlar. Qara dəlik tərəfindən ifraz edilən güclü şüalanma ətrafdakı qazda turbulentlik yaradaraq onun soyumasına səbəb olur. Daha sonra isə soyumuş qaz yeni qida mənbəyi qismində qara dəliyə geri qayıdır və bu proses davamlı şəkildə təkrarlanır. Bu yeni kəşf sözügedən mexanizmin təkcə qara dəliklər üçün deyil, həmçinin qalaktikalarda yeni ulduzların formalaşması prosesinin işə salınmasında vacibliyini ortaya qoyub./Lent.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Fevral 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri