Qarabağ Andradenin əmisi oğlunu transfer edir

27.08.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycan çempionu "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın "Vitoriya" klubunda çıxış edən Telmo Arkanjo ilə anlaşma əldə edib.

25 yaşlı vingerlə müqavilənin əsas şərtləri üzrə razılığın əldə olunduğu bildirilir. Telmo Arkanjonun yaxın günlərdə Azərbaycana gələrək "Qarabağ"a qoşulacağı gözlənilir.

Portuqaliyalı futbolçu Ağdam klubuna tanış addır. Belə ki, Telmo Arkanjo "Qarabağ"ın sabiq oyunçusu Leandro Andradenin əmisi oğludur.

Qeyd edək ki, Telmo Arkanjo "Vitoriya"nın formasında 57 matça çıxıb və bu görüşlərdə 6 qol vurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью