Qarabağ Andradenin əmisi oğlunu transfer edir
Icma.az, Milli.az saytına istinadən bildirir.
Azərbaycan çempionu "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın "Vitoriya" klubunda çıxış edən Telmo Arkanjo ilə anlaşma əldə edib.
25 yaşlı vingerlə müqavilənin əsas şərtləri üzrə razılığın əldə olunduğu bildirilir. Telmo Arkanjonun yaxın günlərdə Azərbaycana gələrək "Qarabağ"a qoşulacağı gözlənilir.
Portuqaliyalı futbolçu Ağdam klubuna tanış addır. Belə ki, Telmo Arkanjo "Qarabağ"ın sabiq oyunçusu Leandro Andradenin əmisi oğludur.
Qeyd edək ki, Telmo Arkanjo "Vitoriya"nın formasında 57 matça çıxıb və bu görüşlərdə 6 qol vurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Andradenin yolu haradır? ”Qarabağ”da gözlənilən ayrılıq
02 Mart 2025 18:51
Andradenin komandasından bərabərlik
15 Noyabr 2024 22:56
“Qarabağ”ın Andradenin məhkəməsiylə əlaqəsi varmı? serblərlə çəkişmə davam edir
27 İyun 2025 14:20
Andradenin yeni klubu rəsmi
22 İyun 2025 13:40
Leandro Andradenin qırdığı TİLSİM
12 Fevral 2025 18:04
Baxış sayı:51
Bu xəbər 27 Avqust 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















