“Qarabağ” “Araz Naxçıvan”la, “Neftçi” isə “Sabah”la yarımfinal oyununa çıxır

23.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finala yüksələcək komandalar bəlli olacaq.

"Unikal" xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək.

Günün ilk görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.

İlk oyunda Naxçıvan təmsilçisi Ağdam klubuna 1:0 hesabı ilə qalib gəlib.

Digər oyunda isə “Sabah” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.

Komandalar arasında birinci duel “tələbələr”in qələbəsi ilə yekunlaşıb – 2:1.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью