“Qarabağ” “Araz Naxçıvan”la, “Neftçi” isə “Sabah”la yarımfinal oyununa çıxır
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda finala yüksələcək komandalar bəlli olacaq.
"Unikal" xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək.
Günün ilk görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.
İlk oyunda Naxçıvan təmsilçisi Ağdam klubuna 1:0 hesabı ilə qalib gəlib.
Digər oyunda isə “Sabah” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.
Komandalar arasında birinci duel “tələbələr”in qələbəsi ilə yekunlaşıb – 2:1.
Baxış sayı:92
Bu xəbər 23 Aprel 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















