“Qarabağ” Avropa Liqasında ilk Liqa mərhələsi sınağında nə ilə yadda qaldı | Icma.az
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq. “Qarabağ” Avropa Liqasında ilk Liqa mərhələsi sınağı heç də ürəkaçan olmayıb.
“Qarabağ” futbolçuları nə qədər istəkli olsalar da, nə qədər çox hücum təşkil etsələr də (314 hücumla turnirdə 6-cı göstərici), hücumların kəsərsizliyi komandanı Liqada ən zəiflər sırasında saxlayıb.
İdman.biz xəbər verir ki, zərbə sayı cəmi 82 olan ağdam klubu bu nəticə ilə turnirdə cəmi 5 komandadan, qapı çərçivəsinə gedən zərbələrin sayında isə (22) yalnız “Elfsborq”dan (20) üstündür.
Topa sahibolmada (53,9 faiz) turnirdə 7-ci olması komandamıza turnir cədvəlində sonuncu olmamağa yetərli olmadı.
Vurulan qolların sayında (6) yalnız 2 komandadan üstün olan “Köhlən atlar”, turnirin ən çox (20) qol buraxan komandasıdır.
“Fənərbağça”dan (136) sonra kobudluğa ən çox məruz qalan “Qarabağ” (121) elə bu Türkiyə klubu ilə birgə ən çox sərbəst zərbə vuran (146) komandadır.
Ağdamlılar həm də kobud oyuna meyl etməyənlər sırasındadır. Yalnız 5 komanda “Qarabağ”dan (79) az qayda pozuntusuna yol verib.
Son pillənin sahibi olan “Qarabağ”ın bəzi futbolçuları bir sıra göstəricilərə görə turnirin ən yaxşıları sırasında yer ala biliblər.
Tam oxu
Xəbəri oxu