Icma.az
close
up
RU
“Qarabağ” Avropa Liqasında ilk Liqa mərhələsi sınağında nə ilə yadda qaldı

“Qarabağ” Avropa Liqasında ilk Liqa mərhələsi sınağında nə ilə yadda qaldı

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Qarabağ” Avropa Liqasında ilk Liqa mərhələsi sınağı heç də ürəkaçan olmayıb. “Qarabağ” futbolçuları nə qədər istəkli olsalar da, nə qədər çox hücum təşkil etsələr də (314 hücumla turnirdə 6-cı göstərici), hücumların kəsərsizliyi komandanı Liqada ən zəiflər sırasında saxlayıb.

İdman.biz xəbər verir ki, zərbə sayı cəmi 82 olan ağdam klubu bu nəticə ilə turnirdə cəmi 5 komandadan, qapı çərçivəsinə gedən zərbələrin sayında isə (22) yalnız “Elfsborq”dan (20) üstündür.

Topa sahibolmada (53,9 faiz) turnirdə 7-ci olması komandamıza turnir cədvəlində sonuncu olmamağa yetərli olmadı.

Vurulan qolların sayında (6) yalnız 2 komandadan üstün olan “Köhlən atlar”, turnirin ən çox (20) qol buraxan komandasıdır.

“Fənərbağça”dan (136) sonra kobudluğa ən çox məruz qalan “Qarabağ” (121) elə bu Türkiyə klubu ilə birgə ən çox sərbəst zərbə vuran (146) komandadır. Ağdamlılar həm də kobud oyuna meyl etməyənlər sırasındadır. Yalnız 5 komanda “Qarabağ”dan (79) az qayda pozuntusuna yol verib.

Son pillənin sahibi olan “Qarabağ”ın bəzi futbolçuları bir sıra göstəricilərə görə turnirin ən yaxşıları sırasında yer ala biliblər.

Rəqiblərinin 3 dəfə kobudluqla qarşısını ala bildikləri Marko Yankoviç bu cəhətdən turnirin ən çox əziyyət çəkmiş futbolçusu olub. Bu hallarda əsasən topu özü oyuna daxil edən monteneqrolo futbolçu 28 sərbəst zərbə ilə 4-cü göstəriciyə malikdir.

Abdullah Zubir (272) meydanın rəqibə aid hissəsində dəqiq ötürmə sayına görə turnirdə Bruno Fernandeşdən (“Mançester Yunauted”) sonra 2-ci olub. Marko Yankovuç (229) 9-cu nəticə göstərib.

Oyunun son 30 dəqiqəsində dəqiq ötürmələrə görə yenə də Zubir (162) Fernandeşdən (176) sonra 2-cidir. İlk “səkkizlik”də Yassin Benzia (115) və Marko Yankoviç (114) də yer alıb.

Mateus Koxalski 6 oyun keçirməsinə baxmayaraq, 29 seyvlə bu sahədə qapıçılar araısnda 5-ci olub. Komandamız isə 34 seyvlə 4-cü nəticə göstərib.

Son 2 oyunda olmayan Olavio Juninyo (7) ən çox qol fürsətini əldən verən 6-cı futbolçu olub.

Topu hamıdan çox - 2 dəfə dirəyə tuş gətirən 15 futbolçu sırasında “Qarabağ”ın 2 oyunçusu olub - Patrik Andrade, Olavio Juninyo.
Julio Romao topalmada 4-cü nəticə göstərib (28).

Vüqar Məmmədov
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Yanvar 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri