“Qarabağ” “Ayntraxt Frankfurt” oyunu Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Berlində k…
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqası çərçivəsində Ağdamın “Qarabağ” və Frankfurtun “Ayntraxt” komandaları arasında Bakıda keçirilən qarşılaşma Berlində də böyük maraqla izlənilib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində oyuna kollektiv baxış təşkil olunub.
Qarşılaşmaya baxış üçün mərkəzin zalında böyük monitor quraşdırılıb, lazımi texniki şərait yaradılıb.
Oyunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, səfirliyin əməkdaşları, Berlində yaşayan azərbaycanlı soydaşlarımız, eləcə də Almaniyanın idman ictimaiyyətinin təmsilçiləri və media nümayəndələri birlikdə izləyiblər.
Azərbaycan futbolunun beynəlxalq arenadakı çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Ağdam klubunun oyunun son dəqiqəsində vurduğu qələbə qolu isə zalda əsl bayram ab-havası yaradıb.
İştirakçılar sevinclərini coşqun alqışlar və sevinc nidaları ilə ifadə ediblər.
Tam oxu
Xəbəri oxu