“Qarabağ” “Ayntraxt Frankfurt” oyunu Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Berlində kollektiv şəkildə izlənilib FOTO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqası çərçivəsində Ağdamın “Qarabağ” və Frankfurtun “Ayntraxt” komandaları arasında Bakıda keçirilən qarşılaşma Berlində də böyük maraqla izlənilib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində oyuna kollektiv baxış təşkil olunub. Qarşılaşmaya baxış üçün mərkəzin zalında böyük monitor quraşdırılıb, lazımi texniki şərait yaradılıb.
Oyunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, səfirliyin əməkdaşları, Berlində yaşayan azərbaycanlı soydaşlarımız, eləcə də Almaniyanın idman ictimaiyyətinin təmsilçiləri və media nümayəndələri birlikdə izləyiblər.
Azərbaycan futbolunun beynəlxalq arenadakı çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Ağdam klubunun oyunun son dəqiqəsində vurduğu qələbə qolu isə zalda əsl bayram ab-havası yaradıb. İştirakçılar sevinclərini coşqun alqışlar və sevinc nidaları ilə ifadə ediblər. Bu yaddaqalan an azarkeşlərə Azərbaycanın idman uğurlarının qürurunu bir daha yaşadıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 Yanvar 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















