“Qarabağ” “Çelsi” matçı üçün 250, 400 və ya 1000 manat ödəməlisiz! qalan biletlər tükənib...

05.11.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçına saatlar qaldı.

“Football-plus.az” xəbər verir ki, bilet satışı hələ davam edir. Yəni hələ bilet ala bilməyən azarkeşlərin üzülməsi üçün hansısa səbəb yoxdu. Təbii ki, ciblərində azı 250 manat varsa. Çünki hazırda biletlərin satışda olduğu “iticket.az” sayında ən ucuz bilet 250 manatadı. Bundan başqa, 400 və 1000 manata olan biletlərin də hamısı sahibini tapmayıb.
Onu da bildirək ki, satış “Qubadlı”, “Zəngilan”, “Cəbrayıl” (hamısı VIP) və “Şuşa” (VVIP) sektorları üzrə həyata keçirilir. Qalan sektorlar üçün biletlər isə tükənib.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью